“İnsanları səngərdə basdırırıq, sıraya düzürük...” – Çerniqov meri / VİDEO

6-03-2022, 12:43           
“İnsanları səngərdə basdırırıq, sıraya düzürük...” – Çerniqov meri / VİDEO
“Rusiya ordusunun atəşi nəticəsində həlak olan Çerniqov sakinləri müvəqqəti olaraq səngərlərdə basdırılıblar. Şəhər davamlı atəşə məruz qaldığı üçün həlak olanları qəbiristanlıqda dəfn etmək mümkün deyil”.

Qafqaz.media xəbər verir ki, bunu Çerniqov meri Vladislav Atroşenko bildirib.

“... Ekskavator xəndəklər qazır, biz insanları cərgəyə qoyub, hər bir tabutun yerləşdiyi əraziyə, sonra onu yenidən basdırmaq üçün işarə qoyuruq... Bu, ukraynalıların tamamilə şüurlu şəkildə məhv edilməsidir”, - Atroşenko deyir.

Atroşenko bildirib ki, Rusiya işğalçıları Çerniqovda yaşayış məntəqələrini bombalamağı dayandırmayıblar: “Daim atəşə tutulur, qradlarıa bombalanır. Qradlar, demək olar ki, şəhərətrafı əraziləri tamamilə sildi, fərdi evlər tamamilə dağıdıldı, hər yer şumlandı... ".

Mer Çerniqovda neçə nəfərin ölməsi ilə bağlı suala cavab verə bilməyib və qeyd edib ki, hakimiyyət yalnız xəstəxanalara yerləşdirilən yaralılar, eləcə də sonradan tibb müəssisələrində dünyasını dəyişənlərlə bağlı statistikaya malikdir. "Yaralanan insanların sayı artıq 300-dən çoxdur", - Atroşenko bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru