PUTİNİN KEÇMİŞ MƏSLƏHƏTÇİSİNDƏN SENSASİYALI AÇIQLAMA: "Onu dayandırmağın tək yolu var" - "O, hər şeyin dəqiq hesabını tutur"

6-03-2022, 17:09           
PUTİNİN KEÇMİŞ MƏSLƏHƏTÇİSİNDƏN SENSASİYALI AÇIQLAMA:
Ukraynanı işğal etmək istəyən Rusiya Prezidentinin iqtisadi məsələlər üzrə keçmiş məsləhətçisi Andrey Illarionov Putinin dayandlrılmasının tək yolunun olduğunu açıqlayıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, o, Putini dayandırmağın yeganə yolunun dirənmək, müqavimət göstərmək olduğunu deyir: "Tək yol budur: ona qarşı dirənmək. Ukraynalılar bu ana qədər qəhrəmancasına dirənir və bunu davam etmələri gərəkdir".

Keçmiş məsləhətçi Putinin Ukrayna savaşına girməklə çox şeyi itirdiyi barədə deyilənlərə də toxunub: "Putinin itirdiyni deyənlər, bu barədə rəy verənlər yanılır. Bu, yanlışdır. Putin hər şeyin dəqiq hesabını tutan, hədəfinə kilidlənən adamdır. Ağlını itirmiş deyil, Avropa liderləri bu məsələdə yanılırlar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru