Zelenski Putinin bir nömrəli düşməni barədə danışıb

11-03-2022, 08:58           
Zelenski Putinin bir nömrəli düşməni barədə danışıb
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinin bir nömrəli düşmənidir. “Report” xəbər verir ki, bu barədə Ukrayna lideri Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində bildirib.

"Onlar dövlət başçısını görürlər, siyasətçiləri, iqtisadi maqnatları görürlər. Ümid edirlər ki, hamını satın ala, ya da qorxuda bilərlər, amma mənim haqqımda bunun heç bir nəticə verməyəcəyini dəqiq bilirlər. Ona görə də belə bir təhlükə var. Hər şey çox sadədir”, - deyə dövlət başçısı bildirib.

O, həmçinin qeyd edib ki, rəsmi Kreml bütün ukraynalıların öz ölkəsini müdafiə edəcəyini və bu müharibənin ukraynalılar üçün Vətən müharibəyə çevriləcəyini gözləmirdi.

"Sadəcə Putinin adamları Ukraynanı tanımır. Amma Ukrayna belədir. Ukrayna səninlə olanda özünü təhlükəsiz hiss edirsən. Bu, Qərbdə çoxlarının da öyrənməli olduğu bir qaydadır", - dövlət başçısı əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru