Peskovun qızı sanksiyalar barədə: “Bu “cadugər ovu” və ağılsızlıqdır”

14-03-2022, 08:07           
Peskovun qızı sanksiyalar barədə:
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Liza Peskova sanksiya siyahısına salınmasından qəzəblənib. 24 yaşlı qız hesab edir ki, bu ağılsızlıq və “cadugər ovudur”.

O, öz mövqeyi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyində mənə qarşı irəli sürülən sanksiyaların əsaslandırılmasını oxudum. Fikrimcə, artıq çoxdandır öz şəxsi (xüsusən də qadın!) və professional həyatını yaşayan böyük övladlara sanksiya tətbiq etmək ağılsızlıqdır. Qohumlara müharibəyə kömək etmək ittiham elan etmək ağılsızlıqdır”, – Peskovun qızı əminlikli bildirib.

“Bu qaydaları əldə rəhbər tutaraq, Avropa və Amerikada hər bir ailənin tarixini qaldırmaq, əcdadlarının atdığı addımlara görə onların uşaqları və nəvələrinə sanksiya tətbiq etmək olar”, – o, əlavə edib.

“Biz onu da əla başa düşürük ki, belə “cadugər ovu” və ruslarla bağlı olan hər şeyə ağılsız nifrət zamanı, orada ədalətli məhkəmə yoxdur. Görünür orada hüquqlar müxtəlif kateqoriyadan olanlara müxtəlif cür şamil olunur”, – Peskovun qızı qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.