“Rusiyanı dərmansız qoymaq lazımdır” - ABŞ-dan olan etika professoru

14-03-2022, 07:40           
“Rusiyanı dərmansız qoymaq lazımdır” -
Rusiyanı xaricdən alınan dərmansız qoymaq lazımdır. Bu barədə öz məqaləsində Nyu-Yorkdan olan təbabət etikası professoru bəyan edib. Onun fikiri həmkararı arasında hiddət doğurub.

Professor və Nyu-York Universiteti nəzdində Təbabət etikası bölməsinin direktoru Artur Kaplan xüsusi ixtisaslaşmış «Medscape» portalında öz fikirini dərc etdirib ki, bütün dünyanın farmasevtika sənayesi öz işini Rusiyada dayandırmalıdır. O cümlədən, dərman tədarükünü kəsməlidir.

«Bəziləri iddia edirlər ki, təbabət və elm siyasətə qarışmamalıdır, bu vuruşun üzərində dayanmalıdır ki, öz müstəqilliyini və avtoritetini qorusun. Biznesin digər müdafiəçiləri adətən deyirlər ki, farmasevtika sənayesi səhiyyə ilə məşğuldur və köməksizlərə kömək edir» - amerikalı professor Tvitterdə yazır.

O, hesab edir ki, başqa variant olmalıdır: farmasevtika şirkətləri elə etməlidirlər ki, rusiyalılar xaricdən gələn dərmanlarsız qalsınlar, bu da onların hiddətinə səbəb olacaq və Rusiya rəhbərliyi bu hiddəti hiss edəcək. Amerikalı professor Rusiyanın Ukraynada keçirdiy hərbi əməliyyata bu cür reaksiya verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.