İlon Mask Ramzan Kadırova cavab verdi - FOTO

16-03-2022, 09:09           
İlon Mask Ramzan Kadırova cavab verdi - FOTO
İlon Mask özünün “Twitter” səhifəsində Ramzan Kadırovun təklifinə cavab verib.

İş adamı Çeçenistan rəhbərinə təklifə görə təşəkkür edib və Rusiya prezidentilə hətta birəlli döyüşə belə razı olduğunu deyib.

“Təklif üçün təşəkkür edirəm, amma belə bir təlim mənə çox böyük üstünlük verərdi. Əgər o, döyüşməkdən qorxursa, mən yalnız sol əldən istifadə etməyə razı olaram, hərçənd solaxay da deyiləm”, - deyə Mask yazıb.

Qeyd edək ki, dünyanın ən varlı adamı olan İlon Mask Rusiya prezidenti Vladimir Putini təkbətək döyüşə çağırıb. Ramzan Kadırov isə dövlət başçısı ilə döyüşə çıxmazdan əvvəl iş adamına Çeçenistan xüsusi təyinatlı qüvvələrində təlim keçməyi məsləhət görüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru