Nazirlər zənglərə cavab vermirlər! – “Deputat da, günahkardı, jurnalist də...”

16-03-2022, 09:43           
Nazirlər zənglərə cavab vermirlər! –
Milli Məclisin deputatı Tahir Kərimli parlamentin dünən keçirilən iclasında nazirlərə etiraz edib. Parlamentdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi aparılarkən millət vəkili baş nazirə müraciət edib. T. Kərimli nazirlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib. Teref.az-ın məlumatına görə, bəzi nazirlərin telefon zənglərinə, vətəndaşların müraciətlərinə məhəl qoymamasına münasibət bildirən media eksperti Zeynal Məmmədli "sherg.az"a bildirib ki, bu məsələdə vətəndaşların, jurnalistlərin və deputatların günahı böyükdür:
“Ümumiyyətlə, bunu bir deputat deməməlidir. Çünki bu məsələdə deputatların da, vətəndaşların da günahı var. İnsanlar ictimai rəy formalaşdıra bilmir. Burada deputatın, vətəndaşın günahının olduğu qədər jurnalistin də günahı var. Media nümayəndələri belə halla qarşılaşdıqda Mətbuat Şurasında, digər jurnalist qurumlarında işıqlandırmalıdırlar. Həmçinin media qurumları birləşərək məhkəmə iddiası qaldıra bilərlər”.
Ekspertin fikrincə, onların zənglərdən qaçmalarına səbəb informasiyasız olmalarıdır:
“Onlar informasiya toplamadıqları üçün informasiya verə bilmirlər. Olmayan şeyi necə versinlər? Həmçinin özlərində məsuliyyət hiss etmirlər. Əgər onlar vətəndaşlar tərəfindən seçilsəydilər, xalqın etirazını dinləyər, problemini də həll edərdilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.