Zelenski: Bağışlayın, hər şey çox çətindir

16-03-2022, 12:58           
Zelenski: Bağışlayın, hər şey çox çətindir
Ümid edirəm ki, İzyumdan təxliyə bu gün başlayacaq, lakin Mariupolda hər şey çox çətindir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Feysbuk səhifəsində yayımladığı videomüraciətində deyib.

“Ümid edirəm ki, bu gün Xarkov vilayətinin İzyum şəhərindən insanların çoxdan gözlənilən xilası baş tutacaq. Humanitar dəhliz razılaşdırılıb. Son sutka ərzində Sum, Xarkov və Donetsk vilayətlərində 28 min 893 ukraynalı döyüş bölgələrindən təxliyə edilib. Onlardan 20 mini Mariupolu tərk edə bilib. Onlar hələ ki, şəhəri öz nəqliyyatları ilə tərk edirlər. Çox çətin vəziyyət var. Biz sizin üçün mübarizə aparırıq. Bağışlayın, hər şey çox çətindir”,- Vladimir Zelenski bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.