“Həmin an vəsiqəmi cırıb, televiziyadan gedərəm” - Zauru özündən çıxardılar

18-03-2022, 10:06           
“Həmin an vəsiqəmi cırıb, televiziyadan gedərəm” -
"Bizimləsən" proqramında təqsirləndirilən şəxslərdən birinin ondan şikayət edən qadın haqda "proqramlara pul verir" ittihamı Zaur Baxşəliyevi özündən çıxarıb.

Teref.Az olay-a istinadən xəbər verir ki, aparıcı həmin şəxsin sözügedən verilişi nəzərdə tutmasına irad bildirib:

"Televiziyada fəaliyyət göstərdiyim tarix müddətində bir qadın, bir kişi... - kimsə sübut etsə ki, mən və ya komandamın kimdənsə təmannası olub, həmin an vəsiqəmi cırıb televiziyadan gedərəm.

Hansı verilişlərdə olursa, özləri bilər. Burada hələ cibimdən, maaşımdan camaata, gələn xəstə uşaqlara dəstək oluram. Bildiniz, bilmədiniz danışmayın. Ən azı burada dəstək olduğum neçə şahid var".

Daha sonra sözügedən şəxs fikirlərini düzgün ifadə etmədiyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru