Conson Zelenskiyə sığınacaq təklif etdi

20-03-2022, 11:04           
Conson Zelenskiyə sığınacaq təklif etdi
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski və ailəsinə sığınacaq təklif etdiyini bildirib.

Teref.Az APA-ya istinadən bildirir ki, bu barədə Sunday Times qəzeti məlumat yayıb.

"Biz bu məsələni çoxdan müzakirə etmişik. Deməliyəm ki, Volodimir hər zaman bir məsələni açıq bildirib ki, Ukrayna xalqına borcludur və ölkədə qalaraq xalqın qayğısına qalmaq istəyir. Onunla fəxr edirəm" - deyə Conson vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.