“Müharibə Putindən başqa heç kimə lazım deyil” Xodorkovski

2-07-2023, 10:57           
“Müharibə Putindən başqa heç kimə lazım deyil” Xodorkovski
Rusiya prezidenti Vladimir Putinlə münaqişəyə görə 10 il həbs cəzası çəkən müxalif siyasətçi Mixail Xodorkovski “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin üsyanının “qan tökülmədən” başa çatmasına sevinən insanları ikiüzlü adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Putin və onun bir çox ətrafı Moskvadan qaçanda və üsyançıları qarşılamaq üçün bütün şərti döyüşə hazır birləşmələr geri çəkiləndə, 10-15 min moskvalının küçələrə çıxması və dövlət orqanlarına nəzarəti ələ keçirməsi kifayət idi. Putin o zaman geri qayıda bilməyəcəkdi.

Təbii ki, quldur Priqojin taxtda quldur Putindən heç də az təhlükəli deyil. Hərbi cinayətkardan və quldurdan nə gözləyirsiniz? Priqojin rejimin sabitliyini pozan şəxs kimi çox faydalı idi. Belələri yenə də olacaq.

Əslində müharibə Putindən başqa heç kimə lazım deyil, hətta Priqojin də. Axı nəyə görə yüzlərlə insanın həyatını riskə atırsan? Belə çıxır ki, bu, öz bacarıqsızlığını və ikiüzlülüyünü gizlətmək üçündür”, Xodorkovski bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru