Elmar Baxşıyev: “Danışılası çox şey yoxdur, zəif oynadıq”

7-08-2023, 07:59           
Elmar Baxşıyev:
“Danışılası çox şey yoxdur, zəif oynadıq”.

Bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Sabah”a 0:5 hesabı ilə uduzduqları Premyer Liqanın ilk turunun bağlanış oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis belə nəticə gözləmədiklərini bildirib:

“Oynadığımız ən zəif görüş idi. Hazırlıq vaxtında komandada dinamika görürdüm. Getdikcə daha yaxşı olacağıq. İlk turdur. Məğlubiyyəti düzgün təhlil edib qarşıdakı oyunlara hazırlaşmaq lazımdır”.

O, Kiprdə “Omoniya”ya qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra komandada yorğunluq olduğunu söyləyib:

“Heç özüm bərpa olmamışam, qaldı futbolçular. Səfərdə oynamaq ağırdır. Yenə də düşünürəm ki, yorğunluq futbolçulara təsir edir”.

Baxşıyevin sözlərinə görə, futbolda bu cür məğlubiyyətlər qaçılmazdır:

“Hər komandanın başına gələ bilər. Ümidsiz deyilik. Çalışacağıq, qarşıdakı oyunlara daha yaxşı hazırlaşaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru