Yelena Zelenskaya: “Həyat yoldaşımın növbəti müddətə prezident olmasını istəmirəm”

2-12-2023, 10:46           
Yelena Zelenskaya: “Həyat yoldaşımın növbəti müddətə prezident olmasını istəmirəm”
Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya “The Economist”ə müsahibəsində bəyan edib ki, ərinin daha bir müddətə prezident seçilməsini istəmir.

Ukraynanın birinci xanımı ilə müsahibənin fraqmentləri nəşrin gündəlik podkastında dərc olunub.

Sentyabrda alınan müsahibdə Zelenskaya qeyd edib ki, o, Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə əmindir.
Onun sözlərinə görə, məhz qələbədən sonra ailəsi yenidən bir yerdə olacaq və həyat yoldaşı ilə gələcək həyatlarını necə yaşayacaqlarına qərar verəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru