“Ölən hərbçilərimiz arasında azərbaycanlıların olmasından məlumatsızıq” - İsrail səfiri

6-12-2023, 09:58           
“Ölən hərbçilərimiz arasında azərbaycanlıların olmasından məlumatsızıq” - İsrail səfiri
Qəzza zolağında HAMAS-la döyüşlərdə həlak olanlar arasında SSRİ-dən olan mühacir soyadlı İsrail əsgərləri də var.

APA xəbər verir ki, bu barədə TASS-a İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib.

Eyni zamanda o, ölən döyüşçülər arasında Rusiya vətəndaşlığı olan israillilərin olub-olmadığını bilmədiyini bildirib.

"İnsanlar rus olduqlarına görə orduya çağırılmırlar. Hərbçilər arasında Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, ABŞ və ya Fransa vətəndaşlığının olması barədə dəqiq məlumat yoxdur. Sadəcə olaraq deyə bilərəm ki, həlak olanalar arasında Sovet ölkələrindən olan adlar var. Onların Rusiyadan olduğunu deyə bilmərəm", - deyə o bildirib.

Eyni zamanda o, israillilərin başqa vətəndaşlığı olub-olmamasından asılı olmayaraq, 18 yaşında hərbi xidmət keçmə vaxtı çatdığı təqdirdə orduya çağırıldığına diqqət çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru