“Ermənistana səviyyəsiz şəxslərin rəhbərlik etməsi bizim günahımız deyil”
7-12-2023, 18:04
Dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. ADA Universitetində baş tutan Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan hakimiyyətini tənqid edib, onun Qərbin dəstəyi ilə silahlanma təşəbbüsünün regionda sülh və sabitlik üçün ciddi təhlükə olduğunu bildirib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev İrəvanın siyasətinin Ermənistanı faciəyə apardığını vurğulayıb:
“Ermənistana səviyyəsiz şəxslərin rəhbərlik etdiyi bir faktdır və bu, bizim günahımız deyil ki, Ermənistana belə şəxslər rəhbərlik edir.
Ermənistanın Qərbdəki bəzi dairələrin fitnəsinə uyaraq revanşist arzularla yaşaması, öz hərbi potensialını gücləndirmək istiqamətində addımlar atması Cənubi Qafqazda vəziyyəti mürəkkəbləşdirir. Ermənistan bir tərəfdən sözdə sülhdən bəhs etdiyi halda, digər tərəfdən Fransa, Hindistan kimi ölkələrdən hərbi texnikalar alır. Məqsəd aydındır. Lakin İrəvan bilməlidir ki, yürütdüyü bu siyasət Ermənistanın özünün gaciəsi ilə nəticələnəcək. Nə qədər ki, gec deyil, Ermənistan Azərbaycanın sülh səylərini dəstəkləməli, revaşizmdən, militarizmdən, təxribatçılıqdan imtina etməlidir”.