"Səni çox istəyirəm, amma aktyor deyilsən" - Sənubər İsgəndərli

8-12-2023, 19:47           
"Səni çox istəyirəm, amma aktyor deyilsən" - Sənubər İsgəndərli
"Mübariz insan deyiləm, sadəcə haqsızlıqlara qarşı hövsələm yoxdur. Bəzən birini görəndə deyirəm ki, səni çox istəyirəm, amma sən aktyor deyilsən. Düzdür, bunu demək asan deyil. Əvvəllər bu sözü daha kəskin deyirdim. Yaşlandıqca özü-özümə deyirəm ki, qəlb qırma, keç üstündən... Amma dözə bilmirəm. Necəsə - bəzən bədən diliylə, bəzən sözlə düşündüklərimi deyirəm".

Teleqraf.com xəbər verir ki, bu fikirləri əməkdar artist Sənubər İsgəndərli "Min maska" verilişində deyib. O, aparıcının "Bəs özünüzə rahatlıqla "Mən aktyoram" deyə bilirsinizmi" sualına belə cavab verib:

"Özümə rahatlıqla bu sözü deyə bilirəm: peşəkarlıq, illərin təcrübəsi var",- deyə cavab verib.

Aktrisa bildirib ki, bu yaxınlarda "Azdrama"nın səhnəsində təqdim edilən "Dantenin yubileyi" tamaşasında özünə zidd bir obrazı canlandırıb:

"Mənə tamam zidd obrazdır. Hər şeyə görə deyinən bir qadın...Kasad və bəsit...O rolu oynayanda elə qorxurdum...Tamaşa səs-küyə səbəb oldu. Heç yazmayanlar belə bu tamaşadan yazdı. O mənada səs-küyə səbəb oldu, deyirəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.