Xankəndidə yaşayan Mişa Qriqoryan ermənilərlə və azərbaycanlılara müraciət etdi - VİDEO

13-12-2023, 09:54           
Xankəndidə yaşayan Mişa Qriqoryan ermənilərlə və azərbaycanlılara müraciət etdi - VİDEO
Qarabağın erməniəsilli sakini Mişa Qurqani Qriqoryan ermənilərə və azərbaycanlılara video müraciət edib.

O, hazırda Xankəndidə yaşadığını deyib:

“Hər şey qaydasındadır. Hər kəs məni Mişa kimi tanıyır, azərbaycanlılar mənimlə doğma qardaşı kimi davranırlar, yemək-içməyimiz qaydasındadır”.

M.Qriqoryan təhlükəsizlikdə olduğunu, mühafizəsiz gəzdiyini vurğulayıb:

“Ancaq şəhərdən kənara çıxanda, ya postu keçəndə məni müşayiət edirlər”, - deyə o, bildirib.

Videonun sonunda o, ermənilərə və azərbaycanlılara müraciət edərək hər kəsi bir-birləri ilə dost olmağa, bir-birlərini sevməyə çağırıb.

Mişa Qriqoryan daha sonra yeni bir müsahibə verəcəyini də açıqlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru