Keçmiş məcburi köçkün: “61 yaşında uşaqlıq illərimə qayıdıram”

22-12-2023, 10:44           
Keçmiş məcburi köçkün:
“61 yaşında uşaqlıq illərimə qayıdıram”.

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Zabux kəndinə köç edən keçmiş məcburi köçkün Asif Zülfüqarov deyib.

O bildirib ki, Laçından çıxarkən onun 31 yaşı olub:

“Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu yaşımda uşaqlığına qayıtmaq mənə nəsib oldu. Çox şükür. Bizə bu sevinci yaşadan cənab Ali Baş Komandana, müzəffər Ordumuza minnətdarıq. Onların sayəsində torpaqlarımız işğaldan azad olundu. Tezliklə digər məcburi köçkünlər də öz doğma yurd-yuvalarına qayıdarlar.
Dövlətimiz bizi öz yurdumuza qaytarıbsa, orada da yüksək şəraitdə yaşamağımızı, işləməyimizi təmin edəcək. Siz də çox sağ olun ki, sevincimizə şərik olursunuz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Xatırladaq ki, bu gün daha 30 ailə (121 nəfər) Laçın rayonunun Zabux kəndinə yola salınıb. Bununla da Zabux kəndində 176 ailənin (688 nəfərin) məskunlaşması təmin edilib.

Aytac Qasımova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru