Zabuxa qayıdan sakin: “Atamın, anamın doğulduğu yeri görəcəyəm”

25-12-2023, 09:11           
Zabuxa qayıdan sakin: “Atamın, anamın doğulduğu yeri görəcəyəm”
“Atamın, anamın doğulduğu yeri görəcəyəm”.

“Report” xəbər verir ki, bu sözləri Bakıdan Laçın rayonunun Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Ülkər Qasımova deyib.

“Çox böyük sevinc hissi yaşayırıq. Allah bizim üçün bu sevinc hissini əbədi etsin. Bizə bu xoş günü yaşadan Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”, - deyə Zabux kənd sakini əlavə edib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru