“Vicdanım haqqı, dost yoxdur” – Meyxanaçıdan etiraz

26-12-2023, 15:18           
“Vicdanım haqqı, dost yoxdur” – Meyxanaçıdan etiraz
Meyxanaçı Ağamirzə Məmmədov və söz ustadı Ağakərim Novruzovun oğlu Kamil bəzi meyxanaçıları tənqid edib.

Olay xəbər verir ki, onlar bu barədə "Xəzər axşamı" verilişində danışıblar.

Cütülük bildirib ki, uzun müddət səhhətində problem olan Ağakərimlə az adam maraqlanır:

"Dostlar demə, ürəyim ağrıyır. Orada-burada danışırlar ki, getdik, xəbər tutduq. Yalandır. 10-12 uşaq var, maraqlanırlar.

40 gündür meyxanaçı Xəyyam üçün dad edirəm. Mehman Əhmədi, Namiq Qaraçuxurlu Xəyyamla çox maraqlanır. Amma özü dəstək istəmir. Özümüz kart açmışıq. Bir adam soruşmadı ki, kart kimdədir, hara göndərərk. Lakin öləndən sonra söhbətlər gedəcək ki, onun üçün nələr etmişdim.

Vicdanım haqqı, dost yoxdur. Bir dostum var, bir mən, bir də Allah. Dediyimi, haçansa dərk edəcəksiz. Gecə qardaşıma deyə bilmirəm ki, ağrıyıram. Amma Allaha deyirəm".

Kamil isə bildirib ki, atası ilə maraqlandığını deyənlərin çoxu yalan danışır:

"Sizin verilişə gələnlərdən biri olub ki, deyib, Kamillə danışmışam, Kərimə dəymişəm. Amma soruşsaz, Kamilin nömrəsini bilmir".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru