Rusiya imperiyasının öncəki sərhədlərdə bərpaolunma prosesi başlasa, Azərbaycanın taleyi necə olacaq?.. - AKTUAL

1-02-2024, 12:52           
Rusiya imperiyasının öncəki sərhədlərdə bərpaolunma prosesi başlasa, Azərbaycanın taleyi necə olacaq?.. - AKTUAL
Putin rejiminin, Allah eləməmiş, Ukrayna savaşını hərbi-siyasi baxımdan udacağı halda proseslər keçmiş SSRİ, yaxud Çar Rusiyası əraziləri çərçivəsində hansısa yeni ittifaq halında olacaq imperiyanın bərpasına apara bilərmi? Yoxsa bu, mümkün deyil? Rusiya imperiyasının əvvəlki sərhədlərdə bərpaolunma prosesinin başlanacağı halda, Azərbaycan xalqının və dövlətinin vəziyyəti, taleyi necə olacaq?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib:

“Yenidən SSRİ-nin və yaxud Rusiya imperiyasının bərpası ağla gələsi deyil. Bunu elə Putin bir neçə dəfə özü də deyib. Dünyada imperiyaların və böyük dövlətlərin dağılması prosesi gedir. Fikir verin, ABŞ-ın Texas ştatına, Britaniyanın Şotlandiyasına, İspaniyanın basklarına və b. Bununla belə, ölkələrin öz suveren hüquqlarını saxlamaqla bu və ya digər düşərgədə dövlətçilik marağı əsasında müəyyən ittifaqda birləşməsi mümkündür. Baş verən proseslər onu göstərir ki, dünya təkqütblükdən çoxqütblülüyə doğru gedir...”

Tahir Cəfərli hesab edir ki, guya Rusiya ilə müttəfiq münasibətlərinin davam edəcəyi halda Azərbaycan nəinki hansısa yeni imperiyanın tərkibinə qatılacaq, əksinə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud olan sərhədlərini bərpa edəcək...

“Əvvəlcə dediyim kimi, Rusiya imperiyasının hər hansı formada bərpası qeyri-mümkündür. Rusiya öz sərhədlərini bərpa edə bilər, ancaq imperiya sərhədlərini yox!.. Rusiya güclü dövlətə çevrilə bilər, ancaq imperiya ambisiyalarına qayıda bilməz...

Azərbaycan-Rusiya münasibətləri bu saat yüksək səviyyədədir və Rusiya dövləti Ermənistandan sülh müqaviləsinin 10 Noyabr sazişi əsasında imzalanmasını tələb edir. Bu o deməkdir ki, Azərbaycan 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud olan sərhədlərini bərpa edəcək. Yəni Zəngəzur dəhlizi Azərbaycana işləyəcək, elə Rusiyanın əli ilə...”- deyə siyasi şərhçi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru