“Həm Şəfiqə Məmmədova, həm də Rasim Balayev birləşmə mövqelərini bildiriblər”

2-02-2024, 09:25           
“Həm Şəfiqə Məmmədova, həm də Rasim Balayev birləşmə mövqelərini bildiriblər”
“Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqraçılar İttifaqı və təşkilatın sədrləri, xalq artistləri Şəfiqə Məmmədova və Rasim Balayev birləşmə mövqelərini bildiriblər. İdarə heyətinin üzvləri arasında məsləhətləşmə bu oldu ki, prezident seçkilərini uğurla həyata keçirəndən sonra biz qurultay məsələsinə diqqət ayırsaq daha məqsədəuyğun olar. Ən geci fevral ayının sonu, mart ayının ortalarında biz bu məsələni həyata keçirib, qurultayımızı edəcəyik. Birləşmədən sonra bizim resurslarımız artacaq, gücümüz ikiqat olacaq. Həm Mədəniyyət Nazirliyi, həm də kino ictimaiyyəti görəcək ki, artıq ayrı-seçkiliyə yer yoxdur. Biz bir təşkilatıq. Necə ki, 2012-ci ildə bir idik, indi də birik. Bu bizim gücümüzü, kino ictimaiyyətinin birliyini artıracaq və onların rastlaşdığı problemləri daha operativ həll etməyə kömək edəcək”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib. O daha sonra əlavə edib.

“Hər iki ittifaq birləşəndən sonra biz yeni bir tammetrajlı film ssenari müsabiqəsi də elan edəcəyik. Çalışacağıq ki, Azərbaycanda yeni yaranmış Kino Agentliyi ilə birgə əməkdaşlıq edək. Biz tərəfdən bu ssenarilərin ekranlaşdırılmasına öhdəçilik yoxdur, amma Kino Agentliyinə təqdim edəcəyik ki, bu filmlərin istehsalını dəstəkləsinlər. Biz istərdik bu müsabiqələri Kino Agentliyi ilə birgə edək ki, bu filmlər sonradan istehsalata buraxılsın” deyə ittifaq katibi bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.