"Böyük travması yox idi, xəstəxanada yatdığından da xəbərsizəm" - Qohumundan iddiaları alt-üst edən AÇIQLAMA

14-02-2024, 17:28           
"Böyük travması yox idi, xəstəxanada yatdığından da xəbərsizəm" - Qohumundan iddiaları alt-üst edən AÇIQLAMA
“2015-ci ildə Əhməd heç kimi öldürməyib, sadəcə dostu ilə dalaşıb və məsələ qanun çərçivəsində yoluna qoyulub”.

TEREF xəbər verir ki, bu fikirləri ötən gün ailə üzvlərini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun qohumu Əhəd Musayev bildirib.

“Əhmədin kimisə öldürüb qanundan yayınması kimi iddialar əsassızdır. Heç bir ölüm işi olmayıb. Əhməddə böyük travma yox idi. Travma alması ilə bağlı məlumatlar haradan alınıb bilmirəm. Atası maşın vermişdi ki, taksi işləsin. Hansı ata-ana istəyər ki, övladı belə olsun? Sosial şəbəkələrdə “belə olmalı idi”, “yaxşı olub” kimi şərh yazanlara səslənirəm ki, ayıbdır”, – deyə o əlavə edib.

O, Əhmədin xəstəxanada yatması ilə bağlı hər hansı bir məlumata sahib olmadığını bildirib.

***

Əhmədin həmin dostunun anası isə “Space” TV-də yayımlanan “Gəl, danış” verilişinə telefonla qoşularaq bunları deyib: “Əhməd oğluma əvvəlcə “beşbarmaq”la zərbə endirib, sonra 18 bıçaq xəsarəti yetirib, xəstəxanalıq edib. Oğlum hələ də yarımcandır. Atası Əhmədi xilas etdi”.

Daha ətraflı videomaterialda:Qafqazinfo













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.