Yazıçıdan nazirə sərt ittiham: - Bu necə təhsil sistemidir?

14-02-2024, 18:44           
Yazıçıdan nazirə sərt ittiham: -
Tanınmış yazıçının oğlu məktəbdə bullinqə (aqressiya) məruz qalıb.

"Cebhe.info" xəbər verir ki, bu haqda Cəlil Cavanşir şəxsi “Facebook” hesabında paylaşım edib.

Bildirib ki, Binə qəsəbəsində yerləşən 334 saylı tam orta məktəbdə, 10-cu sinifdə təhsil alan oğluna qarşı sinif yoldaşları bullinq edib:

"Bədən tərbiyəsi müəllimi Sahib Cəfərov da şagirdlərə qoşularaq oğlumu ələ salıb. Bu artıq neçənci haldır ki, oğlum müəllimlərin davranışından, yanaşmasından şikayət edir".

Cəlil Cavanşir qeyd edib ki, Təhsil Nazirliyinin qaynar xəttinə zəng edib, şikayət etsə də, müraciətinə baxılmayıb, onu Bakı Şəhər Təhsil İdarəsinə yönəldiblər. Lakin Təhsil idarəsində də zənglərə cavab vermilməyib:

"İndi mənim 15 yaşlı oğlum bu bullinqə görə özünə nə isə etsə, mən kimin yaxasından yapışmalıyam? Bu necə təhsil sistemidir? Nə düşünür bizim Emin müəllim? Nə vaxta qədər debilllər, vicdansızlar təhsil sistemində at oynadacaq?".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.