Ermənistan Zəngəzur dəhlizini verməyə məcburdur - Başqa cür ola da bilməz...

16-02-2024, 00:00           
Ermənistan Zəngəzur dəhlizini verməyə məcburdur -
Seçkilərdən 92,12 % səslə zəfərlə çıxan Prezident İlham Əliyev Azərbaycanın Milli Məclisində and içib və beşinci dövrünə qədəm qoyub.
And içmə zamanı Prezident İlham Əliyev bir sıra məsələlərə toxunub.

Eyni zamanda İlham Əliyevin toxunduğu əsas məsələlərdən biri də Azərbaycan və Ermənistan münasibətləridir. Prezident qeyd edib ki, Azərbaycan öz məqsədlərinə nail olub. Ermənistan beynəlxalq hüquqa hörmət edəcəksə, müqavilə imzalanacaq. Əks təqdirdə Azərbaycan heç nə itirmir. Ümumiyyətlə, normallaşma məsələsi gündəmnən çıxmalıdır. Hər yerindən duran bu məsələ ilə əlaqədar təklif verir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bütün məqsədlərinə çatıb və heç bir şeydən narahat deyil.

Mövzu ilə bağlı “Sherg.az”a danışan deputat Fazil Mustafa bildirib ki, hadisələr Ermənistanın sülh prosesindən yayınmasının özlərinə ziyan vuracağını göstərir:

“Prezident İlham Əliyev də dünən bu mövzunu sadələşdirdi və gündəmdən çıxarmağı təklif etdi. Çünki bu artıq hər kəsin kənardan müdaxilə etməsi üçün hazır stereotip bir mövzudur. İlham Əliyev isə bildirdi ki, öz işlərinizlə məşğul olun. Məsələ Ermənistan və Azərbaycan arasında öz həllini tapmalıdır. Yəni kiminsə post müharibə adı altında müdaxilə etməsi Azərbaycan üçün məqbul deyil. Rəsmi Bakının bu cür təşəbbüsləri kənara qoyacaq və onun vasitəçiyə ehtiyacı yoxdur. Eyni zamanda Azərbaycan heç bir vasitəçi olmadan Ermənistanla məsələnin həllinə hazırdır. Əgər Ermənistan məsələni həll etməyə hazır deyilsə, bu bizim üçün böyük problem yaratmır. Azərbaycanın sərhədləri yenə etibarlı şəkildə qorunur və istənilən müdaxiləyə vaxtında cavab veriləcək. Azərbaycan Ermənistanla bağlı məsələlərdə artıq öz addımlarını atıb. Həmçinin sülh danışıqlarının aparılması üçün bütün variantları təklif edib. Bundan sonrakı mərhələdə isə Ermənistanın atılası addımları var. Bu addımlar gecikdikcə isə Ermənistan qeyri-müəyyənlik içində yaşayır. Sülh sazişi imzalansa, Ermənistan Zəngəzur dəhlizini verməyə məcburdur. Ermənistan sülh üçün müəyyən irəliləyişlər etməsə, onun özü üçün narahatlıq yaranacaq. Eyni zamanda Prezident vurğuladı ki, bizim üçün yeganə ailə türk dövlətləridir. Bu da bir daha sübüt edir ki, Qafqaz, Avropa, Müstəqil Dövlətlər Birliyi (MDB) və İslam evi bizim üçün ikinci dərəcəli məsələlərdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.