Qurban Qurbanov: “Cavab matçında daha məsuliyyətli olmalıyıq” - VİDEO

16-02-2024, 08:26           
Qurban Qurbanov: “Cavab matçında daha məsuliyyətli olmalıyıq” - VİDEO
“Cavab matçında daha məsuliyyətli olmalıyıq”.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

“Futbolçuları təbrik edirəm. Çox ciddi rəqibə qarşı oynadıq. Onların sürətli oyunçuları var. Futbolçularımız çox əziyyət çəkdilər. Bu cür kollektivlər cavab görüşlərində istənilən nəticəni xeyirlərinə dəyişə bilərik”.

Qurbanov matçlardan əvvəl proqnozlara fikir vermədiyini söyləyib: “Bizim də xeyli təcrübəmiz var. İnanırdıq, bəlkə də dörd qol vurarıq deyə düşünmürdük. Futbolçulardan hər hücumda keyfiyyətli olmağı tələb edirik. Bu gün oyunumuz pis alınmadı. Amma cütün taleyi hələlik həll olunmayıb. Şanslar bərabərdir. Belə turnirlərdə böyük geridönüşlər görmüşük. Daha soyuqqanlı olmalıyıq”.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.