İnsanlarda taksi qorxusu yaranıb: “Kütləvi yoxlamalar başlayacaq, ancaq...”
16-02-2024, 18:41
Bakıda bir ailənin 5 üzvünün qətlindn sonra cəmiyyətdə geniş müzakirələr başlayıb.
Xüsusilə qətldə ittiham edilən Əhməd Əhmədovun bir zamanlar taksi sürücüsü kimi fəaliyyət göstərməsi taksidən istifdə edənlərin təbii naratlığına səbəb olub. Başqa sözlə, insanlarda taksiyə minmək qorxusu yaranıb.
Mövzu ilə bağlı “Cebhe.info”-ya sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, taksilərdən istifadə etməkdən qorxmaq lazım deyil:
“Əhali xeyli aqressivləşib, ən çox da insan psixologiyası kobud şəkildə pozulub. Kifayət qədər çox psixoloji problemi olan ruhi xəstələr var. Bunun da yaranmasının kökü məktəb illərinə dayanır.
Belə ki, uşaq körpə yaşlarından görüb- götürmə, qavrama periodunda olur. Uşağı yanlış tərbiyə etmək onun gələcəyini məhv etmək deməkdir. Çox təəssüf ki, Əhmədə valideynləri yaxşılıq etmək əvəzinə pislik ediblər. Uşağa psixoloji dəstək olmaq əvəzinə ev və maşın alıblar”.
Sosioloq bildirib ki, uşaqların maariflənməsi və onlara psixoloji dəstək əsas olmalıdır:
“Ölkəmizdə psixoloji və sosioloji dəstək ən minimum səviyyədədir. Belə ki, dərs saatlarının ən az ayrıldığı sahələrdən biri də məsh elə psixoloji və sosioloji sahələrdir. Lakin əvvəlki dönəmlərdə uşaqlar arasında vətənə, millətə elə gözəl sevgi yaratmışdırlar ki, uşaqlar psixoloji olaraq bir vətəndaş kimi ilk yaşlarından formalaşırdılar. Lakin hazırda məktəblərimizdə psixoloji sahəyə xüsusi diqqət ayrılmır. Nəticə də ölüm və qətl xəbərləri hər gün eşidilir”.
Sosioloq bildirib ki, qətlə ittiham olunan şəxsin taksi fəaliyyəti ilə məşğul olması çoxlarında panika yaradıb:
“Necə olub ki, psixoloji problemi olan taksi sürüb? Ouna sürücülük vəsiqəsinin necə verilməsi kimi suallar var. Lakin bir şəxs demir ki, nəyə görə belə qətl törədə bilən əhmədlər cəmiyyətdə azad yaşayırlar? Onu niyə müayinə etməyiblər? Olmazdı ki, onu öncə sağaltsınlar, daha sonra həyatını yaşasın? Məsələnin kökünə baxmadan belə suallar kifayət qədər çox olacaq. Ən doğrusu o olar ki, qətl törədə biləcək psixoloji problemli insanların üzə çıxması üçün səylər göstərilsin”.
Sosioloq güman edir ki, bu hadisədən sonra taksilərdə kütləvi yoxlamalar başlayacaq:
“Sağlamlıq arayışı, psixoloji problem və s. kimi məsələlər üzrə işlər aparılacaq. Lakin ciddi dəyişiklik baş verməyəcək. Çünki məsələnin kökündə problem olduğuna görə bunaoxşar hadisələr yenə təkrarlana bilər. Məsələnin köklü həllinə məktəbli uşaqlardan başlamaq lazımdır”.