Məhkəmə qərarları acınacaqlıdır, o hakimlər cəzalanmalıdır - Deputat

17-02-2024, 00:16           
Məhkəmə qərarları acınacaqlıdır, o hakimlər cəzalanmalıdır - Deputat
Azərbaycanda bu gün məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət olduqca acınaqlıdır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, bununla əlaqəli çox sayda vətəndaş narazılığı var:

“Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur. Baxmayaraq ki, bunun səbəbi soruşulanda cavab verirlər ki, guya işləri çoxdur və çatdıra bilmirlər. Lakin bu, həqiqətdə belə deyil”.

Q.Həsənquliyev bu sahədə ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasının vacibliyinə diqqət çəkib: “Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdır. Eyni zamanda həmin qərarların icrasını görməyənlər barədə elə həmin hakimlər tərəfindən cinayət işi başlanmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”.

olke.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru