Krımı qaytara bilərik, amma Donbası... - Budanov

17-02-2024, 11:18           
Krımı qaytara bilərik, amma Donbası... - Budanov
Ukrayna üçün Donbasın işğal olunmuş ərazilərini qaytarmaq daha çətindir, nəinki Krımı...

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.

“Donbası qaytarmaq çox çətin olacaq. Orada fasiləsiz təchizat xətti var, Rusiya qoşunları istənilən tərəfdən istifadə edə bilər. Krımı idarə edənlər onu alınmaz qala hesab edirdilər, lakin axırda itirdilər.

Rusiya işğalçılarının yarımadaya quru dəhlizi, həmçinin Krım körpüsü var. Krımın işğaldan azad edilməsi yolunda məhz bu iki məsələ həll olunmalıdır. Qalanları zaman məsələsidir. Yarımada qaytarılacaq. Lakin Donbasda vəziyyət çətindir”, - Budanov bildirib.
axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru