Peyvənd qızılcaya yoluxma riskini aradan qaldırır
19-02-2024, 12:17
Qızılca xəstəliyinə ancaq həkim dəqiq diaqnoz qoya bilər.Sağalana qədər uşaq həkim nəzarətində olmalıdır. Ağırlaşmalar başverərsə, uşağı mütləq xəstəxana şəraitində müalicə etmək lazımdır.Bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi TədqiqatPediatriya İnstitutunun pediatrı Nigar Cəfərova deyib.
Trend Nigar Cəfərova ilə müsahibəni təqdim edir:
- Nigar xanım, ilk öncə kəskin respirator virusinfeksiyaları haqqında məlumat verərdiniz…
- Kəskin respirator virus infeksiyaları (KRVİ) – kəskin yoluxucuvirus xəstəliklərini özündə birləşdirir. Bu xəstəliklər zamanıəsasən yuxarı tənəffüs yollarının selikli qişası zədələnir. Kəskinrespirator virus infeksiyalarının törədiciləri çox saylıviruslardır (qrip, paraqrip, adenovirus, respirator sinsitial,rinovirus, reovirus və s).
KRVİ öz-özlüyündə o qədər də təhlükəli deyil. Təhlükəli sayılanonun ağırlaşmalıdır. Ağrlaşmalara bronxit, sətəlcəm, otit, anginaaiddir. Kəskin respirator virus infeksiyaları əsasən hava-damcıyolu ilə yayılır. Lakin oyuncaqlar, əmzik, qulluq əşyalarıvasitəsilə də yayıla bilər.
Onu da qeyd etmək lazımdır ki, bu viruslar xarici mühitdə çoxdavamsızdır. Onlar otaq temperaturunda və günəş şüalarınıntəsirindən bir neçə saata məhv olurlar. Bu xəstəlik əsasən tənəffüsyollarına təsir edir.
- KRVİ-nın əlamətləri hansılardır?
- Kəskin respirator virus infeksiyasının əlamətləri hərarətinyüksəlməsi ilə başlayır. Uşaqda halsızlıq, əzələ və oynaq ağrıları,yuxu pozğunluğu, kataral əlamətlər, boğaz ağrısı, burun tutqunluğuvə ya burun axması da ola bilər.
Kəskin respirator virus infeksiyası çox hallarda öskürək vəzökəmlə müşayiət olunur. Əgər virus mədə-bağırsaq sistemini dəzədələyirsə, bu zaman qusma, ishal, qarında ağrı kimi əlamətlərqeyd olunur.
Adətən KRVİ başladığı gündən etibarən 7-10 gündən sonra keçibgedir.
- Kəskin respirator virus infeksiyalarının müalicəsi vəprofilaktikası necə aparılır?
- Kəskin respirator virus xəstəliyi ilə yoluxan uşağın ictimaiyerlərdə olması tövsiyyə edilmir. Xəstələrlə təmas mümkün qədərməhdudlaşdırılmalıdır. Bol maye verilməli, qaldığı otağın havasıtez-tez dəyişdirilməlidir. KRVİ-dən qorunmağın güclü üsullarındanbiri də əllərinizin düzgün yumasıdır. Uşağa tərkibində vitamin vəminerallarla zəngin olan qidalar verilməlidir.
Valideynlərin nəzərinə çatdırmaq istərdik ki, virus xəstəliklərizamanı övladlarını vaxtında pediatrın müayinəsinə aparsınlar ki,xəstəlik fəsadlaşmasın. Çünki profilaktika uşaqların sağlamgələcəyi üçün çox önəmlidir.
- İstərdik ki, qızılca xəstəlyi haqqında da ümumiməlumat verərdiniz...
- Qızılca hava-damcı yolu ilə yayılan və insandan-insana keçənvirusdur. Qızılcaya əsasən uşaqlar yoluxur, lakin digər yaşqruplarından olan insanlar da bu virusa yoluxa bilər. Xəstə insanasqırdıqda, öskürdükdə və ya digər sağlam şəxslə fiziki təmasdaolduqda xəstəliyin bir insandan digərinə ötürülməsi baş verəbilər.
Sağlam insan qızılcaya yoluxmuş insanın istifadə etdiyi əşyalarlatəmas edərsə və yaxud xəstəyə qulluq zamanı virus əllər vasitəsiləhəmin şəxsə keçə bilər. Buna görə də, xəstə insana qulluqdan sonraəllər sabunla yuyulmalıdır. Qızılca xəstəliyinin giriş qapısıyuxarı tənəffüs yollarının selikli qişasıdır. Bu xəstəliyininkubasiya dövrü 7-14 gün təşkil edir.
- Qızılcanın əlamətləri hansılardır?
- Xəstəlik soyuqdəymə əlamətləri ilə başlayır. Qızdırma,intoksikasiya, səpkilərlə xarakterizə olunur. Lakin xəstəlikgedişatına görə digər səpkili infeksiyalardan fərqlənir. Əsasəlamətlərdən biri səpkilərin mərhələli olmasıdır.
Qızılcanın başlanğıc əlamətləri - burun axması, asqırma,öskürmə, yüksək hərarət, yuxululuq, boğaz ağrısı, ağzın selikliqişasında boz ləkələr, konyunktivit (qırmızı gözlər), işığa qarşıhəssaslığın artmasıdır.
Xəstəliyin 4-7-ci günləri arası səpgilər başlayır vəmərhələlərlə olur. Səpkilər əvvəlcə üzdə, alında, qulaq və boyunarxasında başlayır, sonra bədənə, növbəti günlər isə qola vəayaqlara yayılır. Adətən dəridə qırmızı rəngdə, yüngül qabarıqolur. 50% xəstələrdə səpkilər ovcun içində və ayaq altında dagörünür. Səpkilər 3-4 gün davam edir və ortaya çıxdığı yerdənbaşlayaraq təqribi 7 gün müddətində solmağa, tündləşməyə,qabıqlanmağa başlayır və tədricən keçirlər.
- Qızılcadan necə qorunmaq olar?
- Qızılca xəstəliyinə ancaq həkim dəqiq diaqnoz qoya bilər.Sağalana qədər uşaq həkim nəzarətində olmalıdır. Ağırlaşmalar başverərsə, uşağı mütləq xəstəxana şəraitində müalicə etmək lazımdır.Yəni, bütün hallarda həkimə müraciət etmək ona görə vacibdir ki,ağırlaşmalar vaxtında müəyyənləşsin.
Qızılcadan qorunmağın ən yaxşı və təhlükəsiz yolu xəstəliyəqarşı vaxtında peyvənd olunmaqdır. Qeyd edək ki, peyvəndlənməninvacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının SəhiyyəNazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkiledib. Peyvənd qızılcaya qarşı güclü immunitet yaradır və yoluxmariskini aradan qaldırır.
Uşaqların sağlamlığının qorunması və yoluxma hallarınınqarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktikpeyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşıvaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtındaalmayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşınaçatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansısəbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədəruşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlarminimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasınıalmalıdırlar.
Valideynlərə üzümüzü tutub demək istəyirik ki, övladlarınızıpeyvəndlərdən yayındırmayın. Onların sağlamlığı və gələcəyi sizinəllərinizdədir!