Mərhum müğənni Emil Rəhmanovun anası: “Oğlumun öldüyünü “Instagram”dan öyrəndim” - VİDEO

20-02-2024, 12:38           
Mərhum müğənni Emil Rəhmanovun anası: “Oğlumun öldüyünü “Instagram”dan öyrəndim” - VİDEO
“Emil məni yandırdı. Övladımın xəstəxanaya düşməsini, reanimasiyada olmasını mənə xəbər etməyiblər. İmkan verməyiblər yataqda üzünü görüm. Bunu heç kimə bağışlamayacağam”.

Oxu.Az xəbər verir ki, bu sözləri mərhum müğənni Emil Rəhmanovun anası Ulduz Əhmədova deyib.

Əhmədova “O üz” layihəsinə açıqlaması zamanı oğlu Emilin vəfat etdiyini “Instagram”dan öyrəndiyini bildirib:
“Bacım oğlu “Instagram”da göstərdi ki, övladımın yasıdır. İmkan vermədilər onun sağlığında xəstə yatağında üzünü görüm. 37 il Emilə baxmışam. Bu kirayədən, o kirayəyə köçə-köçə övladlarımı böyütmüşəm. Oğlum həbsxanada olanda evlərdə işləyib ona yemək aparırdım”.

Daha ətraflı ARB TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru