Bayram günlərini xəstəxanada keçirmək istəmirsinizsə, BUNLARA MÜTLƏQ DİQQƏT EDİN!

1-03-2024, 09:04           
Bayram günlərini xəstəxanada keçirmək istəmirsinizsə, BUNLARA MÜTLƏQ DİQQƏT EDİN!
Qarşıdan Novruz Bayramı gəlir. Süfrələrimizi müxtəlif şirniyyatlarla yanaşı, çərəzlər, meyvə quruları və digər nemətlər bəzəyəcək. Bundan başqa bayram axşamı bişirilən plovlar, müxtəlif mayonezli salatlar kilo almağımıza şərait yaratmaqla yanaşı, mədə-bağırsaq sistemində pozğunluqlar yarada bilər. Bəs o zaman bayramda necə qidalanmalıyıq?

Qida məsələləri üzrə ekspert Ağa Salamov Referans.az-a açıqlamasında bildirib ki, bayram süfrəsi arxasına əyləşən hər bir kəsin ilk sualı “mən nədən başlamalıyam?” olmalıdır.

“Bayram günlərində görürük ki, süfrədə qoğal, şəkərbura, paxlava və bununla yanaşı milli mətbəxin təamları yer alır ki, bu da insanlarda bir növ xoş hislər gətirir. Bu da xoş hislərin nəticəsində komplusiv, yəni aqressiv qidalanma ortaya çıxır. Bu bayram əhvali-ruhiyyəsindən ortaya çıxan bir qidalanma pozuntusudur. Bayram süfrəsində mütləq ki, rəngli və qazlı içkilər, plov, müxtəlif şirniyyatlar olur. Bunlar da bir araya gəldikdə “kalori bombası” ortaya çıxır ki, bu da öz növbəsində mədə pozğunluğu, həzmsizlik, qaraciyər yüklənməsi və piylənməsi, mədəaltı vəzin yüklənməsi, köp kimi hallar meydana gəlir. Mədəmizə bu qədər əzab, zülm verməmək üçün komplusiv qidalanmadan uzaq durmaq məsləhətlidir. Buna görə də qidalanma zamanı insan beynində qidalanma rejimi müəyyənləşdirməlidir”.

Ekspert məsləhət görür ki, əvvəlcə yüngül salatlardan başlamaq hər zaman tövsiyə olunandır. İkinci olaraq, ana yemək seçimimiz ola bilər. Sonda isə şirniyyat əvəzinə, şəkər ehtiyacını qarşılayacaq meyvələr yeyilməsi məqsədəuyğun hesab oluna bilər.

“Əslində, meyvənin yeməkdən əvvəl yeyilməsi məsləhətlidir. Səbəb isə meyvənin mədədəki ət, toyuq və digər qida növlərinin üzərinə düşməsi təqdirində çürüməsidir. Bu da öz növbəsində mədə yaralarına, göynəmələrə səbəb ola bilər. Buna görə də tez həzm olunanları əvvəlcədən qəbul olunmalıdır. Lakin Azərbaycanda belə qida mədəniyyəti formalaşmayıb”.

Eyni zamanda mütəxəssis bayram süfrələrində mayonezlə hazırlanmış salatlar yerinə zeytun yağı ilə hazırlanmış salatlara üstünlük verilməsinin daha effektiv olacağını qeyd edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.