Ukraynada son vəziyyət: “Azov”çuların döyüş nöqtəsindən VİDEOREPORTAJ

5-03-2024, 12:38           
Ukraynada son vəziyyət: “Azov”çuların döyüş nöqtəsindən VİDEOREPORTAJ
Ukraynada gedən müharibə fonunda göstərdikləri döyüş üstünlüyünə, əsasən də 2022-ci ildə Mariupolun müdafiəsində göstərdikləri dirənişə görə daha çox diqqət çəkən “Azov” briqadası yenidən cəbhənin müxtəlif həlledici nöqtələrində döyüşlərə qatılıb. Ən həlledici döyüş tapşırıqlarını yerinə yetirən “Azov” briqadasının bölmələrində cəmləşən şəxsi heyətin özünün daxili qaydaları var. Bu hərbi intizam prinsiplərindən tutmuş adi ünsiyyət qaydasına qədər müxtəlif sahələrdə özünü göstərir və ən əsası özləri də etiraf edirlər ki, ölkələrinin ərazi bütövlüyü uğrunda göstərdikləri müqavimətə görə qarşı tərəfin daha çox diqqətindədirlər.

Baku TV-nin əməkdaşı “Azov” briqadasına məxsus döyüş bölüklərindən birində olub və “Azov”çuların döyüş yolu ilə tanış olub. Müharibənin ilk günlərindən işğalın canlı şahidi olduğunu deyən “Azov” döyüşçüsü bildirib ki, burada tam fərqli münasibət var, şəxsi heyət arasında millətçi yanaşma mövcuddur:

“Döyüş hazırlığı da başqalarından fərqlənir. Ailəm Xersondandır. Valideynlərim, bacım Xersonu tərk ediblər, amma Ukraynadadırlar. Mən işğal altında yaşamalı oldum. Düşmənin özünü ev sahibi kimi aparıb hər şeyi diqtə etdiyini gördüm. Səni hər an yaxalayıb ölkədən çıxara bilərdilər. Tam cəzasızlıq mühiti idi. Sonra da “sizi azad etməyə gəlmişik” deyirdilər. Nədən? Normal həyatdan?! Bu cür halların olmaması üçün vətənin müdafiəsinə gəldim. “Azov” böyük bir ailədir. İstənilən problemin həlli üçün burada sənə yardım edərlər”.
Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.