Kərim: “ATV kanalına 10 dollar ödəyirdim ki, klipim efirdə yayımlansın” - VİDEO

5-03-2024, 10:39           
Kərim: “ATV kanalına 10 dollar ödəyirdim ki, klipim efirdə yayımlansın” - VİDEO
Müğənni Kərim Abbasov növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində illər əvvəl efirlərə xərclədiyi pullardan danışıb.

Kərim bildirib ki, o, klipinin hər dəfə ATV kanalında yayımlanması üçün 10 dollar pul ödəyib:

“2003-ci ildə ATV kanalına ilk dəfə kliplərimdən birini yayımlamaq üçün 10 dollar pul ödəmişdim. O pulu verirdim və klipimi efirdə nümayiş olunurdu. Klipim isə 3 dəqiqə idi. O zamanlar ATV-də heç bir veriliş yox idi. Kanalın efirində yalnız bədii filmlər və musiqili kliplər yayımlanırdı. Bütün müğənnilər içi mən qarışıq əvvəl efirə çıxmaq üçün müəyyən ödənişlər edirdik. Hamımız bu sənətə pul tökmüşük və kanallara “yaxşı pullar” vermişik. Amma indi ifaçıları efirə çağıranda deyir ki, işim var. Amma əvvəllər bizi efirə çağıranda deyirdilər ki, üzünüzə mazut çəkin, gəlir. Biz də bunu edirdik ki, belə lazımdır və edirdik. Biz bu kimi şeyləri etməyə etirazımızı bildirmirdik. Kanallara yalvarırdıq ki, bizi efirə dəvət edin”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.