Azərbaycanda yeni yerli idarəetmə modeli: Nələr olacaq? - Deputat detalları açıqladı

5-03-2024, 17:28           
Azərbaycanda yeni yerli idarəetmə modeli: Nələr olacaq? -
"Azərbaycanda yeni dövr başlayır".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanmasına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, yeni dövrün hədəflərinə uyğun olaraq islahatların həm də bütövlükdə struktur və i̇nstitutsional islahatları da əhatə edəcəyi gözəniləndir:

"Bu təsnifat qanunvericiliyə edilən dəyişikliklə bağlıdır. Bu dəyişikliyə uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən də belə bir təsnifat həyata keçirilib. Nəzərə alsaq ki, yerli səviyyədə idarəetmə modelinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərimizi də təqdim etmişik".

Vüqar Bayramov əlavə edib ki, hazırda Qarabağda, Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda xüsusi yerli idarəetmə modeli tətbiq olunur:

"Bu model praktik olaraq bir daha təsdiq edir ki, idarəetmədə səmərəliyin artırılması baxımından çox vacib islahatlardan biridir".

Vüqar Bayramov təklif edir ki, xüsusən də yerlərə daha çox investisiyanın cəlb edilməsi, investisiya mühütünün daha da yaxşılaşdırılması üçün idarəetmə sistemindəki təkmilləşdirilmələr davam etdirilsin.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.