“Ermənilər Qafqazda kürd rolunu oynayırlar...” - Erməni politoloq etiraf etdi...

8-03-2024, 00:03           
“Ermənilər Qafqazda kürd rolunu oynayırlar...” -
“Kürdlər Yaxın Şərqdə xüsusi rol oynayırlar”.

Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bu barədə politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb.

O, xüsusi olaraq qeyd edib:

“Türkiyə, Suriya, İranla hansısa problemi həll etmək lazım gələndə kürdləri aktivləşdirir, ümid verir və “top əti” kimi istifadə edirlər. Sonra həmin ölkələrlə münasibətləri tənzimləmək lazım gələndə kürdlər qurban kəsilir. Və bu, daim təkrarlanır. Əslində kürdlər sadəcə qaniçən “oyun kartı”dır.

Qafqazda isə lazım olanda ermənilər eyni rolu oynayırlar, lazım olanda onlara ümid verirlər, qırğına aparırlar, lazım olanda bizim hesabımıza kimlərsə barışırlar. Və liberal və demokratik, avtoritar və ənənəvi olmasından asılı olmayaraq, bütün güclər eyni şəkildə davranırlar”

Zəruri şərh:

Belə siyasi açıqlamalarda “kürd” dediləndə adi kürd xalqından yox, “PKK”, “YPQ” kimi terror təşkilatlarında müxtəlif aparıcı dünya və bölgə gücləri, dövlətləri tərəfindən alət kimi istifadə olunan kürd milliyyətli şəxslər nəzərdə tutulur. Özü də həmin terrorçu qruplaşmalarda yalnız kürdlər deyil, ermənilər, yunanlar, hətta bəzi məlumatlara görə ərəblər də təmsil olunur… Və ermənilərdən, demək olar ki, bir toplum kimi bütövlükdə alət kimi istifadə olunur. Çünki onların son illərədək Rusiyanın for-postu olmuş yarım-dövləti var...

P.S. Burada Azərbaycan xalqı üçün əsas diqqətçəkən məqam odur ki, ermənilərin tanınmış politoloqu dünya güclərinin əlində alət olduqlarını etiraf edir…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.