Qız sünnəti - İslamın tələbi, yoxsa millətin ADƏTİ? - ŞOK AÇIQLAMALAR

13-03-2024, 09:14           
Qız sünnəti - İslamın tələbi, yoxsa millətin ADƏTİ? -
BMT-nin uşaqların müdafiəsi ilə məşğul olan UNICEF agentliyi bütün dünyada qadın sünnətinə dair son hesabatını təqdim edib. Qadınlara fiziki iztirab gətirən və əlil edən bu prosedurdan əsas etibarilə Asiya və Afrikanın bir sıra icmalarında istifadə olunur. UNICEF-in məlumatına görə hazırda dünyada sünnətə məruz qalmış 230 milyon qadın var. Təşkilat bu mövzuda son hesabatını 2016-cı ildə dərc etmişdi.

Qeyd olunur ki, ötən 8 il ərzində sünnət edilən qadınların sayı 30 milyon nəfər artıb. UNICEF-in icraçı direktoru Ketrin Rassel deyib ki, sünnət praktikası ilə aparılan bütün mübarizələrə baxmayaraq bu sahədə irəliləyişin sürəti aşağıdır. Agentlik qeyd edir ki, qızların sünnət edilməsinin coğrafiyası genişlənməsə də, bu praktikanın mövcud olduğu regionlarda təbii artımla yanaşı qurbanların sayı da artır.

Bəs bu məsələ nədən qaynaqlanır? islamın bununla hər hansı bir əlaqəsi varmı?

Məsələ ilə bağlı danışan dinşünas Elşad Miri Referans.az-a bildirib ki, ümumiyyətlə, islamda nə qız uşaqlarının, nə də oğlan uşaqlarının sünnəti barədə heç bir qayda yoxdur:

“Sünnət anlayışını müsəlmançılıqla bir tuturlar. Guya ki, oğlan uşaqı sünnət olduqdan sonra müsəlman olurmuş. Həqiqətən də, müsəlmançılıq budurmu? Oğlan uşaqları belə müsəlman olursa, bəs qız uşaqları necə müsəlman olur? Zaqatalada müəyyən etnik qruplar arasında bununla bağlı araşdırma da aparılmışdı və deyilən məsələnin təəssüflər olsun ki, həyata keçirildiyi qeyd olunurdu. Bundan əlavə Afrikanın bəzi bölgələrində də qız uşaqlarının sünnəti baş tutur. Allah Quranda hər bir şeyi açıq-aşkar bildirir. Buna görə də yalnız orada yazılanlara əməl etməliyik".


Elşad Miri deyir ki, sünnətlə bağlı Yahudilikdə bəzi məsələlərə rast gəlinir, amma biz bunu islamla eyniləşdirməməliyik. Onun sözlərinə görə, islam dinində sünnət anlayışı yoxdur və bu normal bir yanaşma deyil.

İlahiyyatçı Hacı Təyyar Hüseynli redkasiyamıza bildirdib ki bu mövzu bizim hansısa ucqar bir rayonumuzda dini adət kimi qalıbsa belə, bu islamda qəbul olunmayan bir adətdir:

“İslam dinində oğlan uşaqlarının sünnəti vacibdir. Oğlan uşaqlarının sünnəti barəsində beynəlxalq səviyyədə, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı bir çox müsbət səbəblər ortaya qoyurlar. İslamdan öncə də bir çox inanclar var idi, bu inanclardan biri də oğlan uşaqlarının sünnət olunması idi. Amma qız uşaqlarının sünnət olunması barədə heç bir məlumata rast gəlmirik. Düzdür, qız uşaqlarının sünnəti var və təəssüflər olsun ki, biz bunu rəsmi rəqəmlərdən də görürük. Amma bunu aktuallaşdırmaq, İslam adına çıxarmaq düzgün deyil”.

İlahiyyatçı qeyd edib ki, çox uzun zamandır davam edən adətlər var, islamdan əvvəl də olanlar var, amma bunlar əsrlərdən keçərək gəlib və müəyyən dövrlərdə artıq azalır. Onun sözlərinə görə, oğlan uşaqları üçün bunun qayda-qanunları var, amma qız uşaqları üçün heç bir göstəriş yoxdur: “Oğlan uşaqlarını sünnət etmək göstərişdir, bəs qız uşaqları üçün nədir? Biz nə İslamda nə də Quranda bununla bağlı heç bir məlumata rast gəlmirik. Deməli, bunun nə dini, nə də elmi sübutu var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.