"Həmin plastik-cərrahları rüsvay etmək lazımdır"
2-10-2024, 11:14
Aparıcı Xoşqədəm Hidayətqızı plastik cərrahları tənqdi edib. Axşam.az xəbər verir ki, aparıcı "Səni axtarıram" proqramına gələn və uğursuz bədənşəkilləndirmə əməliyyatı üçün 4500 manat ödəyən qızın dediklərinə münasibət bildirib.
"Bu həkim sənin bədənini şəkilləndirib beləsən, etməsə necə olardı" deyən aparıcı xanımlara səslənib:
"Burada kiminsə əleyhinə danışanda da reklam edirəm. Bu nədir? Belə əməliyyat olar? Qız elə bil döyüşdən çıxıb. Biabırçılıqdır. Yaranın içindədir qadın. Belə həkimlərie firə çıxartmaq lazımdır. Xüsusən də plastik cərrahlar oradan, buradan foto tapıb paylaşırlar ki, sizi əməliyyat edim. Sonra da qadınları pis günə qoyurlar. Zəng etdik, həkim ortada yoxdur. Xüsusilə də plastik-cərrah adıyla nələr edirlər. Azərbaycanda bir həkim rəfiqəmə əməliyyat edib və çinlilərə oxşayır. Almaniyada rəfiqəmi görəndə tanımadım. Qadını guya üzgərdirmə etdirib, amma koreyalı, çinliyə oxşadım. Qadın depressiyadadır, nə toya, nə bir yerə gedir. Plastik-cərrah adı ilə insanları şikəst edənləri rəzil, rüsvay etmək lazımdır".