12 bacı-qardaşı ölən görmə məhdudiyyətli qadın
9-10-2024, 08:37
"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının müsahibi görmə məhdudiyyətli xanım - Xuraman Manafova olub.
Çoxuşaqlı ailədə böyüdüyünü söyləyən X.Manafova 12 bacı-qardaşının göz dəyməsindən öldüyünü, özünün isə anasının duası ilə əlil olduğunu bildirib:
"O zamanlar belə bir inanc var idi, kiminsə uşaqları öləndə düşünürdülər ki, həmin insanın bəxtində övlad sahibi olmaq yoxdur. Buna görə də, yeni uşaq dünyaya gələndə deyirdilər ki, bu uşaq mənim deyil. Bu səbəbdən mən doğulan kimi anam məni bir rus qadına satdı. Yəni sağ qalmağım üçün bunu etdi. Həm də uşaqlarının ölməsindən bezən anam artıq dedi ki, kor, keçəl, əlil - nə olursa, olsun, əsas odur övladım həyatda qalsın. Anama dedim ki, niyə belə dua etdin? Heç olmasa, keçəl olsaydım, parik qoya bilərdim".
X.Manafova, həmçinin heç vaxt ailə qurmamasının səbəblərindən də danışıb:
"Atamın xasiyyəti sərt idi. Düşündüm ki, evlənəcəyim insan da atam kimi olar. Həm də rahatlığı sevən insan olduğum üçün evlənmədim".
Ətraflı Baku TV-nin süjetində: