İbrahim Nehrəmli: "Ölkəmizdə tekstil sənayesi inkişaf etmədiyindən, Azərbaycanda hamı xarici firmadan geyinir."

1-11-2016, 21:13           
İbrahim Nehrəmli: "Ölkəmizdə tekstil sənayesi inkişaf etmədiyindən, Azərbaycanda hamı xarici firmadan geyinir."
Onlar bu materialı "Nyu York Taym” qəzetində çıxmış müsahibəmdən götürüb, hazırlayıblar.

teref.az xəbər verir ki, bu fikirləri "Avesta” konserninin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli Musavat.com-a müsahibəsində deyib.

Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Əslində, heç mənim o müsahibədən xəbərim yoxdur. Onu haradansa götürüblər, o geyimləri də yazıblar. Mən iki ilə yaxındır xaricə getmirəm, ölkədən çıxışıma qadağa qoyulub. Xaricə getməmişəmsə, o brend paltarları haradan və necə almışam? Mən həmin saytın rəhbərliyi ilə əlaqə saxladım, onlar bu materialı "Nyu York Taym” qəzetində çıxmış müsahibəmdən götürüb, hazırlayıblar. Yeni formada veriblər.

Ölkəmizdə tekstil sənayesi inkişaf etmədiyindən, Azərbaycanda hamı xarici firmadan geyinir. Hamı kimi mən də hansısa firmadan geyinirəm. 20 il bundan əvvəl geyindiyim firmaların məhsullarından bu gün də istifadə edirəm. Burada heç bir qəbahət görmürəm. Hər kəs ürəyi necə istəyirsə, zövqlə geyinməyi bacarmalıdır. İstər bahalı firma, istər ucuzlu, fərq etməz. Mənim geyinim reklam mövzusu olmamalıdır.

Mən məmur deyiləm ki, xalq desin ki, əynindəki geyimi, sürdüyü maşını, yaşadığı evi hansı pulla alıb? Mən az qala 30 ildir ki, bizneslə məşğulam. Qazandığım pullardan özümə paltar da alacam, ayaqqabı da, avtomobil də. Bütün dünyada iş adamlarının, milyonçuların həyatı bahalı olur. Cəmiyyətdə buna normal yanaşılır. O cümlədən də mən qazandığım vəsaitə uyğun yaşayıram. Azərbaycanın ilk rəsmi biznesmenlərindənəm. Daxmada yaşayası deyiləm ki? Yaxud, ucuz paltar geyinməyəcəm ki?

Orada bəzi şirkətlərin, brendlərin adlarını səhv yazıblar. Mən müsahibə versəydim, həmin brendlərin adlarını düz deyərdim. Bu da məntiqlə o deməkdir ki. mənim adımdan yayılan müsahibənin Hacı İbrahim Nehrəmliyə heç bir aidiyyatı yoxdur. Yazıblar ki, guya firmalar Hacı İbrahimə paltar saxlayırlar, o da gedib götürür, özü də xaricdə. Bu məlumatlar yalan olduğuna görə, mən narahat oldum. Ölkədən çıxa bilmirəmsə, xaricdən necə paltar ala bilərəm?! ".

Xatırladaq ki, dünən Hacı İbrahimin Ölkə.az saytında açıqlaması yayılıb. Həmin açıqlamada iş adamı "Stefano Ricci”, "Zilli”, "Rioni” və "Bitton” kimi tanınmış brendlərdən istifadə etdiyini deyib.

"O gün bir yas yerinə getmişdim, başdan ayağa "Stefano Ricci”dən geyinmişdim. Ayaqqabımın da üzərində "Stefano Ricci” yazılmışdı. Hamı mənə baxırdı, dedilər ki, Hacı İbrahim yenə də təəccübləndirir. Yəni, mən yas yerinə də "Stefano Ricci” geyinirəm”, - iş adamı qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.