"Kimliyindən asılı olmayaraq Bakıya gələn erməni qalib kimi gəlir"

9-11-2016, 15:26           
"Kimliyindən asılı olmayaraq Bakıya gələn erməni qalib kimi gəlir"
“Onlar Azərbaycana buraxılmamalıdır”
“Ermənilərin Bakıya gəlib Xocalı abidəsini ziyarət etməsini düzgün hesab etmirik”



İsveçdə yaşayan erməni siyasi mühacir, erməni publisist, yazıçı və ictimai xadim Vahaa Avetyan
Bakıya səfəri çərçivəsində Xocalı abidəsini ziyarət edib.


V.Avetyan eyni zamanda Bakıdakı erməni kilsəsində olub. O bildirib ki, Azərbaycandakı
məcburi köçkünlərlə də görüşüb. Avetyanın bu addımı isə ictimaiyyət üzvləri arasında
narazılıqla qarşılanıb. Mühacir də olsa, əli azərbaycanlıların qanına batan ermənilərin hər hansı
bir nümayəndəsinin Xocalı abidəsini ziyarət etməsinə icazə vermək soyqırım qurbanlarının
ruhuna hörmətsizlik kimi dəyərləndirilib. Xüsusən də Qarabağ döyüşçüləri ermənilərin Bakıya
ayaq açmasına qarşı çıxaraq, bunun yolverilməz olduğunu bəyan ediblər.

Amma bu gün o gün deyil axı!

Azərbaycanın sülhsevər xalq olduğunu vurğulayan "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri
Etimad Əsədovun sözlərinə görə, dövlətimiz də Ermənistanla münasibətlərin normallaşması
siyasi xəttini yürüdür:

"Uzun müddətdir "Xalq diplomatiyası”nın gündəmdə olduğunu
vurğulayan Birlik rəhbərinin sözlərinə görə, guya ki, ermənilərin Azərbaycana gəlməsi, bizim
bəzi qurum rəhbərlərinin İrəvana getməsi fonunda münaqişənin həlli istiqamətində hansısa
irəliləyişə nail olunacaqdı. Bu bir növ Azərbaycanın beynəlxalq aləmdə tolerant bir ölkə kimi
tanınmasına hesablanmışdı ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra ermənilərin Dağlıq
Qarabağda məskunlaşması üçün lazımi şərait yaradılacaq. Hansı ki, bu günün özündə də
Azərbaycanda 30 mindən çox erməninin yaşadığı iddia olunur və onlara toxunulmur. O
cümlədən də indiki halda ermənilərin Bakıya buraxılması həmin siyasətin davamıdır”.
Bütün bunlara rəğmən keçmiş döyüşçü ermənilərin Azərbaycana buraxılmasının əleyhinə
olduğunu deyib. Onun sözlərinə görə, onların Bakıya gəlib, buradakı inkişafı, Azərbaycanın
demokratik dəyərlərə əsaslanan bir ölkə kimi görməsinin heç bir əhəmiyyəti yoxdur: "Qarabağ
uğrunda savaş hələ bitməyib. Bir neçə ay bundan əvvəl ordumuz düşmənlə döyüşdə nə qədər
şəhid verdi. Hər gün də ermənilər cəbhə bölgəsində atəşkəsi pozmaqda davam edir, düşmənin
təxribatlarının qarşısını alan zaman ordumuzun əsgərləri müxtəlif bədən xəsarətləri alır, şəhid
olurlar. Təbii ki, biz düşmənlə münasibətlərin loyallaşması siyasətinə qarşı çıxmırıq. Amma
indiki müharibə şəraitində ermənilərin rahatlıqla Bakıya gəlməsini, şəhidlərimizin məzarını,
Xocalı abidəsini ziyarət etməsini də düzgün hesab etmirik. Bu kimi hallar haqlı olaraq
cəmiyyətdə qıcıq doğurur. O cümlədən də mənim özümdə. Erməni xisləti dəyişməzdir.
Azərbaycanda onlara hansı münasibətin göstərilməsindən asılı olmayaraq, ermənilər öz
xislətində qalacaqlar, torpaqların işğalından da imtina etməyəcəklər. Mən bir döyüşçü kimi,Qarabağ əlili kimi ümumiyyətlə, bizim tarixi düşmənlərimiz olan ermənilərin Azərbaycana
gəlməsinin qəti əleyhinəyəm. Azərbaycan tərəfi nə qədər normal mövqe ortaya qoysa da, onlar
əks mövqedən çıxış edərək, həmişə öz qərəzli mövqelərini ortaya qoyacaqlar. Məhz bu səbəbdən
də ermənilər Azərbaycana buraxılmamalıdır. Əgər Avetyan doğrudan da Azərbaycana qarşı
səmimidirsə, onun üzr istəməsi kifayət edərdi. Şərt deyil ki, hansısa erməni gəlib, Xocalı
abidəsinin qarşısında ermənilərin vəhşiliyini etiraf etsin! Əgər Qarabağ müharibəsi başa çatmış
olsaydı, onda nisbətən loyallıq göstərmək olardı. Onsuz da bütün müharibələr sülhlə nəticələnib.
Vaxtı ilə biri-birinə qarşı döyüşən dövlətlər sonradan strateji müttəfiq olublar. Biz də ancaq
torpaqlarımız işğaldan azad olunduqdan, Qarabağ müharibəsi başa çatdıqdan, Azərbaycanla
Ermənstan arasındakı münasibətlər nizamlandıqdan, Ermənistan üzr istəyib xalqımıza qarşı
törətdiyi cinayətlərin kompensasiyasını ödədikdən sonra onların Bakıya gəlib-getməsinə normal
yanaşa bilərik. Amma bu gün o gün deyil axı!”
Azərbaycana qarşı loyal münasibət sərgiləyən erməni yoxdur, olmayıb, olmayacaq da

Bozqurd batalyonunun komandiri, keçmiş döyüşçü Nurəddin Xoca isə tarix təkrar olunur deyib:
"Biz bu ssenarini bir dəfə yaşamışıq. Ermənilərin "xoş” niyyətlərinə aldanıb qapılarımızı
üzlərinə açmışıq və qarşılığını da çox faciəvi şəkildə almışıq. Başa düşə bilmirəm ki, ermənilərə
qarşı biz niyə bu qədər xoşniyyətli olmalıyıq ki? Azərbaycana qarşı loyal münasibət sərgiləyən
erməni yoxdur, olmayıb, olmayacaq da. Onlar elə bir xislətə sahibdirlər ki, var olduqlarından bu
yana bizə qarşı düşmənçilik siyasəti yeridiblər. Xocalı faciəsi törədiləndə, torpaqlarımız işğal
olunanda səsi belə çıxmayan ermənilər indi özlərini sülh göyərçini, Bakıya gəlişlərini də sülhün
başlanğıcı günü adlandırır. Ermənilər nə vaxt torpaqlarımızdan çıxıb gedəcəklər, bax, o zaman
onların loyallığına inanacağıq. Nə zamandan qalib gələn düşmən loyal olub? Bir şeyi unutmayaq
ki, niyyətindən, məqsədindən, dediyi sözlərdən asılı olmayaraq Vahaa Avetyan Azərbaycana
qalib tərəfin nümayəndəsi kimi gəlib”.

"Xalq diplomatiyası”nın sadəcə bir oyundan ibarət olduğunu vurğulayan batalyon komandirinin
sözlərinə görə, ermənilər öz xoşları ilə bizə bir qarış da torpaq qaytaran deyillər: "Avetyanın
yalandan-gerçəkdən özünü sülh nümayəndəsi kimi təqdim etməsi ilə neçə illərdir düyünə düşən
münaqişə həll olunacaq? Ermənistan əhalisinin 99 faizi bizə düşməndir. Uşaqdan böyüyə hamısı
Qarabağı öz dədə-baba torpaqları kimi mənimsəyiblər. Biz də 25 ildir ermənilər Qarabağ iynə
üstündə oturub deyə özümüzü aldadırıq. Onlar da məkrli siyasətlərini yeridərək avetyanlarını,
martirosyanlarını göndərib başımızın altına "xalq diplomatiyası” adlı yastıq qoymaqla növbəti
işğal siyasətinə zəmin hazırlayırlar. Necə ki, 1918-ci ildə özlərini şirin salıb Zəngəzuru, İrəvanı
aldılar, indi də Qarabağı almaq istəyirlər. Yeridilən bütün siyasət də buna hesablanıb”.

Kim mənə zəmanət verə bilər ki, Avetyan bura kəşfiyyat məqsədi ilə gəlməyib?

"Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri Firudin Məmmədov da ermənilərin Bakıya
gəlməsinə qarşı olduğunu deyib: "Mən heç bir halda o mənfurların səmimiyyətinə inanmıram.
Əgər hansısa erməninin doğrudan da Azərbaycana qarşı loyal münasibətdə olduğuna inanırsa,
bunun sadəlövhlükdən başqa adı yoxdur. Siz elə bilirsiniz ki, Avetyan Xocalı abidəsini ziyarət
edən zaman ermənilərin törətdiyi bu soyqırıma görə məyus olub? Sizi inandırıram ki, həmin
erməni abidə qarşısında dayanan zaman xalqının törətdiyi bu vəhşiliyə görə böyük bir
məmnunluq hissi keçirib. Bu mənada sadəcə ermənilərin hansısa abidələrimizi ziyarətini yox,
onların ölkəmizə gəlişini nöqsan hesab edirəm. Biz onsuz da Azərbaycanda yaşayan ermənilərə
qarşı kifayət qədər tolerant münasibət bəsləyirik. Amma bu o demək deyil ki, Bakı ermənilər
üçün ayaq altı olmalıdır. Kim mənə zəmanət verə bilər ki, Avetyan bura kəşfiyyat məqsədi ilə
gəlməyib? Məsələ Avetyanın sülh maskasını taxıb, artistlik etməsi ilə bitmir. Kim deyə bilər ki,
günü sabah Qarabağ müharibəsi başlasa, Avetyanın oğlu əlinə silah alıb, ordumuza qarşıvuruşmayacaq? Sözün açığı, Avetyanın səfərinə müsbət yanaşıb, ermənilərin Bakıya gəlməsinə
tərəfdar çıxan insanların olmasına görə çox təəssüflənirəm”.

Məlumat üçün bildirək ki, millət vəkili Zahid Oruc döyüşçülərimizlə eyni fikirdə deyil. Millət
vəkili parlamentin ötən iclasında qeyd edib ki, beynəlxalq aləmdə elə ermənilər var ki, onlar
Azərbaycana qarşı loyal mövqedədirlər: "Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə
qarşı istifadə edib. Ancaq təklif edirəm ki, biz səngərdə dayanan erməni ilə mülki ermənini
ayırmalıyıq. Biz qanunlarımıza, konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək
istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik".

Şəymən












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.