“Sən murdar əti öz doğma bacı-qardaşına satırsan axı” – Deputat sərt DANIŞDI

29-04-2017, 13:05           
“Sən murdar əti öz doğma bacı-qardaşına satırsan axı” – Deputat sərt DANIŞDI
Bu günlərdə hamını narahat edən məsələ bölgələrdə murdar heyvan ətlərinin aşkarlanması ilə bağlıdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a həyata keçirilən tədbirlərin yetərsiz olduğunu deyir:

“Bu məsələ ilə bağlı tədbirlər həyata keçirilir. Amma görünən odur ki, bunlar yetərli deyil. O sahibkarlar anlamalıdırlar ki, insanların sağlamlığına biganə yanaşmaq olmaz”.

Deputat son vaxtlar bu məsələnin aktivləşməsindən narahat olduğunu qeyd edir:

“Ölkədə ət qıtlığı yoxdur ki, murdar ət satışını bununla əlaqələndirsinlər. Görünür ətin qiymətinin bahalaşması işbazları daha da aktivləşdirib. Sahibkarlar niyə buna gedirlər, anlamıram. Axı biz hamımız azərbaycanlıyıq?!

Ona görə də düşünürəm ki, çox ciddi tədbirlər görülməli, həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Yoxsa ki, murdar ət aşkarlayıb, onu müsadirə etmək və həmin şəxsi buraxmaqla iş bitmir. Bu, ölkəmiz üçün, insanlıq üçün yolverilməz haldır. Mən onlara sahibkar da deyə bilmirəm. Sən bu murdar əti öz doğma bacı-qardaşına satırsan axı!”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.