"Azərbaycan mənim anamdır, mən anamı heç kəsə satmaram" - Azərbaycandan qaçdığı deyilən sabiq polis əməkdaşı

17-05-2017, 10:21           
"Azərbaycan mənim anamdır, mən anamı heç kəsə satmaram" - Azərbaycandan qaçdığı deyilən sabiq polis əməkdaşı
Barəsində xaricə qaçması və İsveçrədən sığınacaq alması ilə bağlı məlumat yayılan sabiq polis əməkdaşı Elşən Qarayev Unikal.org-a danışıb.

O, haqqında yayılan məlumata aydınlıq gətirib.

-Elşən bəy, mühacirətdə olmağınız doğru xəbərdirmi?

-Gəlin, bunu nə sığınacaq, nə qaçmaq, nə də mühacirət kimi qiymətləndirək. Bu, heç də düzgün məlumat deyil. Mən Qarayev Elşən Aydın oğlu DİN sıralarından xaric olmuş sabiq polis əməkdaşıyam. Azərbaycandan kənarda istirahət etmək və gəzmək hüququna malikəm. Mühacirət, qaçmaq, sığınacaq almaq siyasi hadisələrdir. Bunlar mənim əqidəmə uyğun deyil. Mən təqaüddə olan sabiq polis əməkdaşıyam. 22 il bu dövlətə xidmət etmişəm. Hazırda da xidmət etməyə hazıram. 2-ci dərəcəli şəkər xəstəsiyəm. Bu barədə müəyyən qeydiyyatlar var. Səhhətimlə bağlı təqaüdə çıxmışam. Azərbaycan mənim anamdır. Mən anamı heç kəsə satmaram.

-Daxili İşlər nazirliyinin mətbuat xidmətinin şöbə rəisi İlham Babayev mətbuata açıqlamasında bildirib ki, Siz vəzifənizə məsuliyyətsiz yanaşaraq qəbahətlərə və prosessual pozuntulara yol verimisiniz. Bu səbəbdən də barənizdə dəfələrlə intizam tədbirləri görülüb. Lakin həmin intizam tədbirlərindən də nəticə çıxarmadığınız üçün Daxili İşlər Nazirliyinin sıralarından xaric edilmisiniz. Bu barədə nə deyə bilərsiniz?

-Hər bir əməkdaşın xidməti fəaliyyətində nöqsan olur. Sözsüz ki, mənim də xidməti fəaliyyətimdə nöqsanlar olub. Cənab nazir Ramil Usubovun qanunla müəyyən olunmuş əmrinə əsasən xidmətdən xaric edilmişəm. Mənim DİN orqanlarındakı 22 illik xidmətim imkan verir ki, təqaüd alım. Həmin əmrə hörmətlə yanaşıram, əsaslı və əsaslandırılmış əmrdir. Bu o demək deyil ki, o polis əməkdaşı ilə bağlı xəbər başlığında mühacirət, sığınacaq, qaçmaq kimi adlar qoyulmalıdır. Bu yalan məlumatdır. 1998-ci ildən daxili işlər orqanlarının müxtəlif sahələrində xidmət etmişəm. Sözsüz ki, istər kriminalistika, istər, əməliyyat axtarış, istərsə də, inzibati fəaliyyət sahəsind müəyyən uğurlarım da olub. Mənə 2-ci dərəcəli şəkər xəstəsi diaqnozu qoyulduğundan xidməti fəaliyyətimi davam etdirməyim o qədər də qənaətbəxş deyildi. Bu baxımdan xidmətə çıxmadığıma görə, haqqımda belə bir qərar qəbul edildi. Ola bilsin ki, xidmətdə də müəyyən qüsurlar aşkar olunub. Saytlarda gedən başlıq Azərbaycan ictimiayyətində polisə qarşı pis fikir formalaşdırır. Azəbaryacan polisində neqativ ünsürlər yoxdur. Azərbaycan polisi sağlam rəhbərə malikdir. Onun fəaliyyətindən mən tam razıyam.

-Belə çıxır ki, Azərbaycana qayıdacaqsınız. Sadəcə müəlicə üçün xaricdəsiniz?

-Səhhətimdə müəyyən problemlər var. Hazırda Rusiyadayam. İsveçrədə deyiləm. Azərbaycanı başqa ölkəyə satmaq fikrim yoxdur. Əqidəm buna yol verməz.

-Dediniz ki, daxili işlər orqanlarında 22 il xidmət etmisiniz. Bu, az müddət deyil. Hər halda uğurlarınız da olub...

-Xidmətdəki nöqsanlar, intizam tənbehinə cəlb olunmağımla yanaşı təşəkkürlərim də var. Bunu rəhbərlik də yaxşı bilir. 2014-cü ildə Naxçıvanda qəsdən öldürülmüş iki qadının cinayətinin üstünün açılmasını misal gətirə bilərəm. DİN orqanlarında DNT ilə cinayəti açan ilk mən olmuşam. Bu, Daxili İşlər Nazirliyinin kollegiya iclaslarında da qeyd olunub. Mülkiyyət əleyhinə olan kifayət qədər cinayətlərin üstünü açmşam. Eyni zamanda istintaq fəaliyyətində də müəyyən qədər uğurlarım olub. Bunlar mənim anket məlumatlarımda, şəxsi işimdə öz əksini tapıb. Qüsurlarım olduğu üçün intizam məsuliyyətinə cəlb olunmuşam. Xəbər saytlarının verdiyi başlığı eşitdim, gördüm məyus oldum. Bu mənə yaraşan deyil.
2009-cu ildə DİN-nin "Mübariz keşikdə” qəzetində mənim haqqımda məqalə var.

Xidməti qüsurlara yol verməkdən, qəbahətlərdən söhbət gedə bilər amma bu o demək deyil ki, mən intizamsızam. Mən atayam, 20,13 yaşlarında iki oğlum, 14 yaşında qızım var.

Qeyd edim ki, daxili işlər orqanları sıralarından xaric olunmağ barədə cənab Ramil Usubova raportla müraciət etişdim. Sadəcə raport subardinasiya qaydalarına uyğun olmadığına görə, ola bilsin nəzərə alınmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.