Tağı Əhmədovun həyat yoldaşı danışdı - “Çovdarovun dedikləri şər-böhtandır”

13-07-2017, 13:06           
Tağı Əhmədovun həyat yoldaşı danışdı - “Çovdarovun dedikləri şər-böhtandır”
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara həyat yoldaşı Salatın Əhmədova aydınlıq gətirib.

S.Əhmədova AzVision.az-a açıqlamasında bildirib ki, həbsdə olan generalın Tağı Əhmədovun xaricdə mülklərinin və milyonlarla dollar dəyərində sərvətinin olması haqda məhkəmədə səsləndirdiyi fikirlər şər-böhtandır.

“Bütün bu məlumatlar yalandır və həqiqəti əks etdirmir. Nə qədər şər-böhtan demək olar”-deyə S.Əhmədova vurğulayıb.

Qeyd edək ki, A.Çovdarov məhkəmədə ifadəsi zamanı T.Əhmədovla bağlı sensasion fikirlər səsləndirib. O, bildirib ki, T.Əhmədov vəzifədə olduğu vaxt qeyri-qanuni yollarla dəyəri milyonlarla dollar olan varidat əldə edib. Çovdarovun sözlərinə görə, keçmiş metro rəisinin ölkə daxilində və xaricdə mülkləri, obyektləri var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru