“Azərbaycan neft ölkəsi olduğu halda benzin ona görə bahalaşır ki...” - Siyasi analtik

19-07-2017, 00:05           
“Azərbaycan neft ölkəsi olduğu halda benzin ona görə bahalaşır ki...” - Siyasi analtik
“Bəzi deputatlar başları girməyən yerə burunlarını soxmaqla xalqla hökuməti üz-üzə qoyurlar...”


Tanınmış siyasi analitik Tahir Cəfərli Moderator.az əməkdaşıyla növbəti söhbətində ölkədə benzinin bahalaşmasının səbəb və nəicələri haqda konkret fikirlər söylədi...

-Tahir müəllim, son günlər tarif Şurasının qərarı ilə Azərbaycanda benzinin qiymətnin qaldırılmasıyla bağlı müxtəlif söz-söhbələr dolaşır. Sizin bu barədə gəldiyiniz nəticələr oxucular üçün maraqlı olardı...

-Əslində bunu çoxdan gözləmək lazım idi. Azərbaycan Prezidentinin hələ bir neçə il öncə dediyi sözləri yadınıza salmaq istərdik. Prezident qeyd etdi ki, neft və qaza ümud bağlamaq lazım deyil, iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək lazımdır. Əgər fikir vermisinzsə, benzinin çox hissəsi xaricdən alınır, yəni Azərbaycana benzin başqa ölkələrdən idxal olunur. Odur ki, ölkəmizdə benzinin qiymətinin dəyişməsi onu ixrac edən ölkədəki qiymətlərdən asılıdır. Çünki əgər həmin ölkədə benzinin qiyməti qalxırsa, ixrac qiyməti də qalxır. Yəni fərz edək ki, Rusiya bizə benzin satırsa və burada benzinin qiyməti qalxırsa, təbii ki, o, ixrac qiymətini də qaldırır. Fikir verin, bizə qədər Rusiyada benzinin qiyməti qalxdı, ondan sonra bu, Azərbaycanda baş verdi. Deməli, bizə idxal olunan benzinin bir hissəsi Rusiyadan gəlir. Bu proseslər bir-biri ilə əlaqəli olduğundan benzinin qiymətinin qalxması təbiidir.

-Benzinin qiymətinin qalxması digər sahələrdə, o cümlədən ərzaq mallarının qiymətlərində təsiri artıq hiss olunmaqdadır. Hökumət qiymət artımının qarşısını inzibati yollarla ala biləcəkmi?

-Bu, qeyri-mümkündür. Bununla belə, Azərbaycan hökumətinin əlində iqtisadi rıçaqlar vardır ki, onların vasitəsi ilə bu bahalaşmanın vətəndaşların həyat səviyyəsinə təsirini azalda bilər. Əlbəttə ki, söhbət əmək haqlarının və pensiyaların artırılmasından gedir. Çünki benzinin qiymətinin qaldırılmasından sonra büdcədə artıq pul kütləsi əmələ gələcək və aydındır ki, bu pul kütləsii əmək haqlarının və pensiyaların artırılmasına yönəldiləcək. Bundan əvvəlki hallarda da, yəni enerjinin qiyməti qaldırıldıqdan sonra prezidentimiz əmək haqlarını və pensiyaları artırmışdı. Odur ki, ajoataja heç bir əsas yoxdur. Sadəcə olaraq Milli Məclisin bəzi deputatlarının başları çıxmadığı işlərə burun soxmaları və xalqı hökumətə qarşı qoyan bəyanatları xalqda və Azərbaycan bazarlarında ajiotaj yaradır. Məsələn, benzinin həqiqi qiymətinin 2 manat olması və benzinin qiymətinin artmasının bazara və xidmətə təsiri olmaması haqda bəyanatlarını nəzərdə tuturuq. Onlar anlamırlar ki, bazar və dükanda qiymətlər sıçrayışdadır və bunun qarşısını almaq mümkün deyil. Bu bazar iqtisadiyyatının yazılmamış qanunudur. Hər halda inanırıq ki, ölkə prezienti qiymətlərin qalxmasını öncəki hallarda olduğu kimi nəzərə alacaq və xalqın həyat səviyyəsinin daha da aşağı düşməməsi üçün maaş və pensiyaları artıracaq.

-Axı niyə belə olmalıdır? Yəni, niyə biz benzini xaricdən almalı və bu yanacaq bahalaşmalıdır? Məgər biz neft ölkəsi deyilik?

-Rusiya da neft ölkəsidir. Bəs orada niyə yanacağın qalxdı? Biz onunla razılaşmalıyıq ki, daha neftimiz tükənmək üzrədir. Bunu bir-neçə dəfə Prezident İlham Əliyev də qeyd edib. Dövlət başçısının belə deməsinin arxasında ciddi məsələlər durur. Biz elə etməliyik ki, Azərbaycan “neft iynəsindən” canını qurtarsın, yeni iqtisadi sahələr açsın və özü-özünü dolandırsın. Devalvasiyadan sonra Azərbaycanın qarşısında bu məsələ durur. İnanırıq ki, Azərbaycan Prezidenti həmin məsələnin həlli ilə bağlı ciddi tədbirlər görürü və görməkdədir. Sadəcə olaraq bir az səbirli olmaq lazımdır, çünki ölkəmizdə stabilliyi pozmaq istəyən qüvvələr adi qiymət dəyişikliyindən istifadə edib qarşıdurma yarada bilərlər. Aydındır ki, bu işlərdə bizə düşmən olan Ermənistanın və Qərbin əli var. Və indiki dövrdə həmin qüvvələrin arxasınca getmək, ölkəmizi Suriyanın gününə salmağa bərabərdir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.