“Naillə qohum olmuş Elçin Quliyevi prezident niyə vəzifəsindən çıxarmalıdır…” – Qüdrət Həsənquliyevlə MÜSAHİBƏ

13-08-2017, 17:00           

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik.
– Qüdrət bəy, son zamanlar prezidentin ünvanına belə tənqidlər səsləndirilməyə başlayıblar ki, prezident niyə başqa məmurları övladlarının qanunsuz hərəkətlərinə görə vəzifəsindən azad etsə də Nail Allahverdiyevə münasibətdə bunu etmədi. Bu fikirdə olanlar nə dərəcədə haqlıdırlar? – Əvvəla ölənlərin yaxınlarına dədərin hüznlə baş sağlığı verirəm, Allahdan səbr diləyirəm. Yaralıların Allah şəfasın versin. Bu məsələdə ən sərt fikir bildirənlərdən biri Əli Kərimlidir, ondan soruşsunlar onun özünün və övladlarının tərbiyəsində babalarının rolu nədən ibarət olub. Londondakı övladlarının hərəkətinə görə babaları məsul tutulsa bu nə dərəcədə ədalətli olar. Nailin hərəkətlərinə görə valideyinləri kənara qoyuldu, düşdülər qohumlarının üstünə. Burada bir kampaniyaçılıq açıq-aşkar görünür. Sərf etmədiyindən heç kim araşdırmadı ki, Nailin atası kimdir və o oğluna qeyd olunan avtomobili, yaxud avtomobilləri öz imkanları hesabına ala bilərdimi? Bu kampaniyanı təşkil edənlərin var-dövləti nə təmizliyinə nə də həcminə görə ittiham etdiklərininkindən təmiz və az deyil. Prezident də bunları bilməmiş deyil və prinsipial mövqe ortaya qoyub ki, artıq hadisəni törətmiş səxs həbs olunub.Naillə bir neçə həftə əvvəl qohum olmuş Elçin Quliyevə gəldikdə isə o bu iqtidara hörmət qazandıran kadrlardandır. Prezident onu niyə vəzifəsindən azad etməlidir ki?!Yeri gəlmişkən bir məsələyə də diqqət yetirmək lazımdır. Azərbaycanda hər il avtoqəzalarda təqribən min nəfər həlak olur. Böyük bir qismi mədəni səviyyə aşağı olduğundan, sürət həddini aşmaqla özünün və başqalarının həyatına qiymət verməmək səbəbindən. Ölkədə sürücülük yaşına çatmış əhalinin on faizindən çoxu dövlət idarə, müəssiə və təşkilatlarında çalşır, amma bu qəbildən olan şəxslər və onların övladları tərəfindən törədilən qəzaların sayı 0.1% də təşkil etmir. Ona görə də təkcə məmur övladlarının üzərinə yox problemin üstünə getmək lazımdır.
– Qaçqınların bir hissəsinin ağır durumuna görə Əli Həsənovun ittiham olunması nə dərəcədə doğrudur?
– Bu sahəyə rəhbərlik edən şəxs kimi əlbəttə onun da məsuliyyəti var. Amma təkcə o yox bütün hökumət buna görə məsuliyyət daşıyır. Dəfələrlə büdcə müzakirələri zamanı məsələ qaldırmışam ki, hökumət üçün həlli vacib olan məsələlər nədir?! Səmərəsiz istifadə olunan idman komplekslərinin, diaqnostik mərkəzlərin, parkların, bayraq meydanlarının tikilməsi, idman yarışlarının təşkili, yoxsa 25 ildir dözülməz vəziyyətdə yaşayan insanların həyatı?!Mən hər zaman qaçqınların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri təqdir etsəm də yetərli saymamışam. Qəzalı və antisanitar vəziyyətdə yaşayan qaçqınlar üçün dərhal mənzillər tikilməlidir. İmkan olmasa bu başqa məsələ, axı dövlətin buna imkanları çatır. Mehriban xanım bu məsələ ilə ciddi məşğul olmağa başlayıb, özəl şirkətlər də Onun çağırışı ilə bu işə dəstək verməyə balayıb, amma büdcədən və neft fondundan milyardlarla vəsait ayrılmasa qaçqınların əzablı həyatı davam edəcək. Bu bir insani məsələ olmaqla həm də siyasi məsələdir. Səbri tükənməkdə olan bu qəzəbli insanlardan ölkədə sabitliyi pozmaq üçün istifadə oluna bilər. Hazırda növbəti ilin büdcə layihəsi hökumətdə müzakirə olunur düşünürəm ki, həm hörmətli Mehriban xanım, həm Əli Həsənov çalışmalıdırlar ki, bu məqsədlə yetərli vəsait ayrılsın.
teref.az- ya verilən məlumata çgörə, Nailin atası "Qaçqınkom"-da evlər departamentinin sədridir. Bu günə qədər ona heç gözün üstə qaşın var belə deyən olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.