“Şəhid ailələrimizə və qazilərimizə münasibət dəyişməlidir...”

23-03-2018, 13:31           
“Şəhid ailələrimizə və qazilərimizə münasibət dəyişməlidir...”
Şanlı aprel döyüşlərimizdən sonra xalqımız özünün vətənpərvərlik hissini bir daha nümayiş etdirdi. Dörd günlük müharibə zamanı düşmənə gücümüzü nümayiş etdirərək, strateji yüksəkliklərimizi işğaldan azad etdik. Sözüz müharibə itkisiz olmur, şəhidlərimiz də oldu. Bu gün xalqımız, öz şəhidini, qazisini və onların ailəsini həmişə diqqətdə saxlayır. Xüsusilə son zamanlar aprel şəhidlərimizlə bağlı mühüm addımlar atılır. Tədbirlər keçirilir, şəhidlərimizin ailələrinə və qazilərimizə mənzillər bağışlanır.



Millət vəkili Adil Əliyev Moderator.az -a açıqlamasında bildirib ki, şəhidlərimizə, şəhid ailələrimizə və qazilərimizə hər kəsin münasibəti fərqli və ali olmalıdır:

“Şəhidlərimizlə bağlı dövlətimiz lazımi tədbirlər görür. Günü-gündən şəhid ailələrimizlə və qazilərimizlə bağlı qanunlarda təklif olunan yeniliklərin gündəmə gətirilməsi ilə də dövlətin aidiyyatı qurumları məşğul olur. Ona görə də şəhidlərimizə, şəhid ailələrimizə və qazilərimizə insanlar tərəfindən də münasibət dəyişməlidir. Yəni hər kəsin övladı, özü və yaxını qazi ola bilər. Ona görə də tək fərdi yox, ümumi olaraq bu milləti narahat etməlidir. Hər kəsin münasibəti tam fərqli və ali olmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru