Azərbaycanın ən uzunsaçlı xanımı: " Şampun reklamına çəkilmək üçün 7000 manat təklif ediblər, amma... - FOTOLAR
9-04-2018, 19:28

Zöhrə Heydərovanın 28 yaşı var. İxtisasca ingilis dili müəllimidir. Onu digər xanımlardan fərqləndirən bir cəhəti var. Bu, Zöhrənin 1 metr uzunluğunda olan saçlarıdır. Z. Heydərova bəlkə də Azərbaycanın ən uzunsaçlı xanımlarından biridir.
O, Xeberle.com-a müsahibəsində uzunsaç saxlamağının sirlərindən danışıb
- Kişilər düşünür ki, uzun, baxımlı və sağlam saçlar qadınların gözəllik simvoludur. Siz bu fikirlə razısızınmı?
- Bəli, razıyam. Mən bir xanım olaraq ən çox önəm verdiyim saçlardır. Şaçlar nə qədər uzun olarsa, xanımlar bir o qədər gözəl və cazibədar görünür. Çünki saçlar xanımlara, əsasən də uzun saçlar xüsusi gözəllik verir. Düşünürəm ki, kişilərin əksəriyyəti də uzun saçlı xanımlara üstünlük verir.
- Saçlar insanın xarakteri haqqında fikir söyləməyə imkan verir. Uzun saçlı xanımların duyğuları ilə hərəkət edən romantik və yaradıcı insan olduqları deyilir. Zöhrə xanım romantikdir deyə bilərikmi?
- Romantik insanam. Onu da qeyd edim ki, romantika olmasa həyatın mənası belə olmaz.
-Xanımlar saçlarına düzgün qulluq edə bilmək üçün müxtəlif vasitələrə əl atırlar. Sizin saçlarınızın belə gözəl olmasının əsas sirri nədir?
- Saçlarımın belə gözəl olmasınını sirri genetikdir. Demək olar ki, xüsusi qulluq etmirəm. Sadəcə arada ev şəraitində maskalar edirəm.
- Həkimlər deyir ki, uzun saçlar görmə sinirlərinə mənfi təsir edir. Saçlarınız sağlamlığınızda hər hansı problem yaradırmı?
- Saçlarımın uzunluğu hələ indiyə qədər sağlamlığma heç bir mənfi təsir göstərməyib. Əsasən də görməmdə hər hansı bir problem yoxdur.
- Britaniya alimlərinin araşdırmalarına görə, hər bir qadın il ərzində orta hesabla 2 sutkasını makiyaja, saçlarına ayırır. Azərbaycanlı xanımlarda bu rəqəmlər daha böyükdür. Zöhrə xanım gün ərzində neçə saatını güzgü qarşısında keçirir?
- Sualınızda qeyd olunanlarla bağlı onu deyə bilərəm ki, sadəcə gəzməyə çıxanda güzgü qarşısına keçirəm. Bu da mənim ən çoxu 1 saat vaxtımı alır.
- Saçlarınız işinizə mane olurmu?
- Saçlarım mənim həyatımını artıq bir hissəsidir və heç bir işimə də mane olmur.
- Dəvət aldığınız məkanlara gedərkən hazırlaşmağa nə qədər vaxt ayırırsınız?
- Dəvət aldığım məkanlara getməyə hazırlaşarkən ən çoxu 1 saat 30 dəqiqə vaxtım gedir.
- Şəhərdə saçlarınıza görə sizə yaxınlaşıb məsləhət alanlar olurmu?
- Müraciət edənlər çox olur. Hara gedirəmsə məkandan asılı olmayaraq hamı saçlarımın belə gözəl və uzun olmasının sirrini soruşur. Mən də lazım olan məsləhətləri verirəm.
- Gözəl xanımsız, sevənləriniz çox olar ?
- Bəli çoxdur.
- Psixoloqlar deyir ki, qadınlar depressiya vəziyyətində saçlarını kəsirlər. Heç olubmu ki, saçlarınızı kəsmək istəmisinız?
- Heç vaxt. Demək olar ki, həyatımın çoxu depressiya ilə keçir. Amma bir dəfə bu haqda düşünməmişəm. Və həmişə bircə sözü demişəm, nə qədər ki, bu həyatdayam və sağlamam, saçlarımı heç vaxt kəsmərəm.
- Həyatda kim və ya hansı hadisə sizi saçlarınızı kəsməyə vadar edə bilər?
- Sadəcə ciddi bir xəstəliyim olarsa məcbur kəsdirə bilərəm.
- Təbii rəngidir, yoxsa boyaq?
- Əlbəttə təbii öz saçlarımdır. İndiyədək heç bir boya olmayıb.
- Ümumiyyətlə saçlarınızı bu qədər uzun saxlamağınızın hansısa xüsusi anlamı varmı?
-Xüsusi anlamı yoxdur. Sadəcə saçlarımı hədsiz çox sevirəm və düşünürəm ki, saçlar bir xanımın gözəl görünməsi üçün bir vasitədir. Uzun saçları sevdiyim və gözəl göründüyüm üçün uzadıram.
- Reklam təklifləri alırsızınızmı? Əgər alırsınızsa, sirr deyilsə qonorarın miqdarını oxucularımızla bölüşə bilərsiz?
- Reklam təklifləri olub. Şirkətlərdən biri şampun reklamına çəkilmək üçün 7000 manat təklif ediblər. Amma evdən icazə verməyiblər.



