Bu texnologiya ilə Marsa 5 dəqiqəyə getmək olar – Ufoloqla müsahibə

21-04-2018, 10:38           

“Kosmopoisk” beynəlxalq elmi-tədqiqat birliyinin rəhbəri Vadim Çernobrov tanınmış Moskva ufoloqu olub. Onun son işi UNO-lar – uçan aparatlarla bağlı olub.

Teleqraf.com UNO-larla bağlı sirləri açan Vadim Çernobrovla müsahibəni təqdim edir:

- Vadim, siz uzun illərdir ki, UNO-ları öyrənirsiniz. Onlar hələ də sizin üçün naməlum obyektlərdirmi?

- UNO-nun açıqlaması “uçan naməlum obyek”tdir. Əgər müəyyənləşərsə, onda artıq naməlum obyekt olmaz ki.

UNO-ların bizim üçün daha aydın və əlçatan olduğunu deyə bilmərəm. Onların mövcud olub-olmadıqları ilə bağlı 37 versiya var. Bu versiyaların bir çoxu bizim gördüklərimizlə üst-üstə düşmür. Amma mən dəqiq bilirəm ki, UNO ilə bağlı bütün sualları bir versiya ilə cavablandırmaq mümkün deyil. Biz bir-birindən fərqlənən 2-3 versiya üzərində araşdırma aparırıq. Əminəm ki, bu cür obyektlərin bir çox növləri var. Məsələn, bu obyektlər arasında yadplanetlilərin gəmiləri də var, ancaq onlar çox az faiz təşkil edir.

- Bəs, qalanları?

- Yeni astronomik kəşflər nəticəsində başqa qalaktikadan gələn yadplanetlilərin, UNO-ların Marslıların gəmiləri kimi təqdim edilməsi fikirləri tarixə qovuşur. 70-ci illərə qədər ufologiya məfhumu başlarının üstündən böyük sürətlə uçan obyektləri görən və onlarla əlaqə saxladıqlarını iddia edənlərin fikirlərindən ibarət idi. Köhnə ufologiya bütün bunlara inanırdı.

Uzaq planetlərə uçuşlar yeni başlayan dövrdə və planetlərin görüntülərinin keyfiyyətli çəkilişi mümkün olduqdan sonra köhnə ufologiyaya inananların fikirlərinin yanlış olduğu aydın oldu.

- Heç vaxt bir-biri ilə əlaqə qurmayan şəxslərin ifadələri üst-üstə düşürdümü? İfadələrin müqayisəli təhlili aparılmışdı?

- Bu, ufologiya ilə bağlı araşdırma apardığımız ilk illərdə olub. Biz şəxsən ünsiyyət qururduq və bu işə psixoloqları da cəlb etmişdik. Ümumiyyətlə, ifadələrdə tam bir uyğunsuzluq var idi. Əgər əlaqəli şəxslərin fikirlərinə inansaq, onda Yer kürəsində minlərlə sivilizasiyanın nümayəndəsinə rast gəlinib. Və onların hər biri fikirləri öz tərəfinə çəkmək istəyir.

Bütün tədqiqat illərində ifadələrin 3-7 faizinin yalan olmadığı müəyyənləşib. Ölkənin müxtəlif bölgələrindəki insanların eyni şey haqqında danışdıqları hallar da olub.

Ən maraqlı əhvalatlardan biri Pikran planeti ilə ünsiyyət qurduqlarını iddia edən əlaqəli şəxslərlə bağlı idi. Belə ki, bu planetin ən azı iki xəritəsi var və bu iki xəritə də eynidir. Amma bu xəritələr bir-birindən minlərlə kilometr məsafədə yaşayan və bir-birinin varlığından bixəbər insanlar tərəfindən çəkilib.

Mən özüm yadplanetlilərlə görüşdüyünü iddia edən 100-əcən şəxsin ifadəsini araşdırmışam. Onlardan 5-7-sinin planet adı ilə bağlı fikirləri üst-üstə düşüb. Əsasən bu adamlarıni ifadələrin çoxunda bildirilir ki, onlar bizim sivilizasiyanın anası sayılan N planetindən olanlarla əlaqə qururlar. Və onlar bizim xoşagəlməz davaranışımızdan narazı olduqlarını bildirirlər.

Onlar bu haqda hökumətə məlumat verilməsini istəyir. İnsanlar belə davam edərsə, Yer üzünü çox böyük təhlükələr gözlədiyini bildirirlər.

Bəzi ifadələr mütəxəssisləri ciddi şəkildə təlaşlandırır.

Məsələn, planetlərin strukturu haqqında məlumat və ya bir çox mütəxəssislərin güldüyü Betti Hill adlı qadının çəkdiyi ulduzlu xəritə.

Mütəxəssislərin bu xəritəyə inanmamaqlarına səbəb kosmosda elə ulduzların olmaması idi.

- Amma sonra onlar aşkar edildi?..

- Tamamilə doğrudur. Amma belə hallar çox azdır.

Əlaqəli şəxsləri informasiyanın mənbəyi kimi deyil, tədqiqat obyekti kimi qiymətləndirsək, tamamilə inanılmaz nəticələr əldə edə bilərik.

- Sizdə UNO-ların Rusiya üzərində görünməsinə aid böyük bir statistika var. Onlar ən çox hansı sahələrdə görünür? Və bu nə ilə əlaqədardır?

- Əgər klassik versiyaya nəzər salsaq, onda UNO-lar ən çox hərbi bazaların, gizli obyektlərin, nüvə stansiyalarının, kosmodromların və s. üzərində görünür. Amma mənim fikrimcə, bu bir mifdir. Çünki ilk növbədə bu cür ərazilərdə 24 saatlıq mühafizə sistemi olur.

Həm də bu miflərə inam onunla bağlıdır ki, adamlar bu cür hesabatlara daha çox güvənir.

- Hər hansı bir bölgədə müəyyən obyektlərin tez-tez görünməsinə aid konkret nümunələr göstərə bilərsiniz?

- Üçbucaqlılar (UNO-ların bir növü) məsələn, Moskva və ya Volqoqradın şimalında daha çox görünür. Bundan əlavə, onlar, Krasnodar ərazisinin şərqində və Kareliyanın cənubunda da çox görünürlər.

- Bəlkə Rusiya naməlum obyektlərin "təsir zonalarına" bölünüb?



- Mən bunu inkar etmirəm. Nəsə bir fərqlilik var. Məsələn, Belarusda sferik obyektlər daha tez-tez görünür, amma üçbucaqlılar demək olar ki, heç yoxdur.

Hesab edirəm ki, biz müxtəlif aparat siniflərindən danışırıq. Bu aparatların hansı qanunlarla uçduqlarını bilmirik. Bəlkə də bəzi ərazilər onlara qadağandır. Məsələn, elə bizim planetdə təyyarələr Ostankino qülləsinin yaxınlığında yüksək hündürlükdə uça bilməzlər.

- Son vaxtlarda UNO-lar daha çox hansı ərazilərə eniş edib?

- Biz 1992-ci ildə Volqabayedəki Medveditsa silsiləsində "Üçbucaqlılar"ın yerini müşahidə etmişdik. 2001-ci ildə də ən son eyni yeri təyin etdik. Bu ərazi 17 metr diametrli bir çəmənlikdir. Yerli sakinlər bu ilin avqust ayının ortalarında da obyektin göründüyünü bildirdilər, amma biz o yeri tapa bilmədik.

- UNO-nun eniş etdiyi ərazi necə görünür?

- Müəyyən ərazilərdə birdən-birə peyda olan dairəvi hissələrin UNO ilə əlaqəli olmasına baxmayaraq, bu fenomenin UNO-nun eniş yeri olduğu dəqiqliklə deməyə imkan vermir.

- Elə olub ki, insanlar özləri saxta dairələr hazırlayıb. Hətta bunu bu yaxınlarda "Komsomolskaya Pravda" qəzetinin jurnalisti üzə çıxarmışdı...

- Həyatında bir dəfə də olsa orijinal dairəni görən mütəxəssis onu saxtasından rahatlıqla ayıra bilər.

Eniş yerində aparatın izləri möhür kimi qalır. Diametri 5-6 metr olan aparatların alt hissəsi yerə elə oturur ki, aparatın perimetrinin sürəti yerə köçür. Böyük ölçülü aparatlar isə yerə eniş edərkən dəstəklər üzərində oturur. Bu dəstəklərin qoyduğu izlərə əsasən, aparatın kütləsi müəyyən edilə bilər.

Məsələn, Volqa bölgəsində eniş yerində 80x8x50 metr ölçülü "üçbucaqlı" nı araşdırdıq.

Burada 3 dəstəkləyicinin izi görünürdü. Əsas dəstəkləyicinin ölçüsü 30x90 sm, digər iki arxa dəstəkləyicilər isə 40x60 sm idi. Hər 3 dəstəkləyici 8-10 sm yerə batmışdı. Həmən vaxt torpağa baxaraq, aparatın kütləsinin 70 ton olduğunu deyə bildik.

- UNO aparatlarının biz bilmədiyimiz texnologiya ilə işlədiyi aydındır. Bəs, sizdə bu aparatların iş sistemi ilə bağlı hər hansı bir fərziyyə var?

- Demək olar ki, bütün bu qurğular öz ətraflarında nisbilik nəzəriyyəsinə əsasən zaman-məkan bükməsi yaradaraq, cazibə qanununa tabe olmurlar. Bu, bizim problem üzrə apardığımız bütün tədqiqatların nəticələri ilə təsdiqlənir. Əsas sual isə budur: niyə bunu edirlər?

Burada əsas məqsəd böyük məsafələri tez zamanda aşmaqdır. Axı ən yaxın ulduza uçmaq üçün minlərlə il lazımdır. Amma zaman-məkan bükməsi texnologiyasını bilsəniz, belə bir uçuş beş dəqiqə ərzində baş verə bilər.

Keçmişin bir çox ufoloqları deyirdi ki, bir obyektin saniyədə min kilometrlik sürətlə getməsi və eyni zamanda dərhal dayandırılması, ya da düz uçduğu halda trayektoriyanı 90 dərəcə dəyişməsi mümkün deyil.

Ancaq zaman-məkan sistemini dəyişə bilsək, sərf olunan yolçuluq zamanını sıfıra endirmək və qonşu ulduza uçmaq olar. Ancaq ora çatıb, orada dəqiq tədqiqatlar apardıqdan sonra vaxtı uzatmaq mümkün olar.

- Vadim, siz özünüz də vaxtaşırı eksperimentlər aparırsız. Bundan əlavə olaraq, "Kosmopoisk"də Yerin digər sivilizasiyalarla daim qarşılaşdığını ifadə edən kifayət qədər əsərlər (artefakt) yığılıb. Bu elmi mühitə və bu tapıntılara münasibətiniz necədir?

- Bəli, həqiqətən də, bizdə bir neçə artefakt var. Amma onlar yerüstü texnologiyalarımıza uyğun olaraq həyata keçirilməyən süni obyektlərdir. Ya da müasir texnologiyaya bənzəyirlər, amma onların yaşı min ildən artıqdır.

Elmi mühitdə buna çox böyük maraq var. Amma bu günə qədər ölkəmizdə irəliləmə texnologiyalarının araşdırılmasına stimul olmayıb. Bu məsləyə heç kim ciddi yanaşmır.

Hər hansı bir artefakt Qərb ölkələrinə satılsa, onlar bundan məmnuniyyətlə faydalanacaq.

Qərbdə belə işlər dövlət səviyyəsində aparılır.

Amerikalı alimlər belə bir tədqiqat aparmaq üçün bir adamın Aya hazırlaşmaq üçün sərf etdiyi vəsaitdən on iki qat daha çox məbləğ tələb etdilər.

Amma Amerikada fantastikaya pul ayırmırlar.

Qeyd edək ki, tanınmış Moskva ufoloqu Vadim Çernobrovun başçılıq edən ictimai hərəkat “Kosmopoisk” tez-tez UNO-ların eniş etdiyi və ya müxtəlif sirli hadisələr baş verən yerlərə ekspedisiyalar təşkil edir.

Qeyd edək ki, Vadim Çernobrov 2017-ci il mayın 8-də elmi araşdırmalarının çiçəklənən dövründə qəfildən ölüb. Çernobrovun ölümü ümumilikdə Rusiyada ufoloqların qəfil ölümlərini gündəmə gətirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.