Samir Abasov: “Qarabağ”ın çempionluğunun bu gün rəsmiləşməsini heç istəməzdim"

23-04-2018, 07:59           
Samir Abasov: “Qarabağ”ın çempionluğunun bu gün rəsmiləşməsini heç istəməzdim"
“Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Ancaq heç istəməzdim ki, bu çempionluq bu gün rəsmiləşsin. Bu gün əvvəlki oyunlardan yaxşı oynadıq. Əfsuslar olsun ki, alınmadı. "Qarabağ"a Çempionlar Liqasında bol-bol uğurlar arzulayıram".

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XXIV turunda "Qarabağ"a 0:1 hesablı məğlubiyyətdən sonra deyib.

40 yaşlı mütəxəssis daha sonra sualları cavablandırıb.

Final fitindən sonra hakimlərə hücum çəkdiniz...

- Kubok oyunundan yığılmış məsələdir. Bir-iki hakimimiz var ki, birmənalı qarşılamıram. Ancaq indi danışsam, bizə baha başa gələ bilər. Çempionat bitsin, sonra danışaram.

“Bəlkə növbəti mövsüm “Sumqayıt”da olmadım” demişdiniz. Buna aydınlıq gətirərdiniz.

- “Sumqayıt”ımı çox istəyirəm. Əlimdən gələni edəcəyəm ki, qalım. Rəhbərliklə görüşəcəyəm. Maaş haqda söhbət sonuncu yerdə dayanıb. Şəhərimi çox istəyirəm və bu klubu hər şeydən çox istəyirəm.

Ölkədə iki ən aqressiv məşqçidən birisiniz. Biri Ayxan Abbasovdur, digəri sizsiniz. Bəlkə aqressiyanıza bir məhdudiyyət qoyasınız?

- Məsləhətinizə görə, təşəkkür edirəm. Uduzmaq istəməyən məşqçidə aqressiya təbiidir.

Avroliqa şanslarınız necədir?

- Bugünkü oyun məni ümidləndirdi. On günə 4 oyunluq tsikli arxada qoyduq. Cavid İmamverdiyev və Rəşad Eyyubovun ayaqları ağrayırdı. Bu gün onları qorudum. İnanıram ki, bacaracağıq.

Qarşıdakı 4 oyunun 3-nü evdə oynayacaqsınız. Kənardan təsir hiss etmirsiniz ki, komandanız geriləsin?

- İnanmıram ki, “Qarabağ” çempionluğu təmin etdikdən sonra növbəti turlarda əzmkar oynamasın.

Bəs, hakimlikdən narahat deyilsiniz?

- Öz meydanımızda oynayacağıq. Heç vaxt kənar amillərdən yararlanmamışıq. Çalışacağıq son 4 oyunda uğurlu çıxış edib ən azı 3-cü pilləni qoruyaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.